Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: “Rus akademikin erməni arvadına görə törətdiyi tarixi cinayət”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rus akademikin erməni arvadına görə törətdiyi tarixi cinayət” adlı süjet hazırlanıb...

"Report" xəbər verir ki, verilişdə İrəvan şəhərinin geniş tarixindən bəhs olunur, bu qədim türk şəhərini ermənilərin necə “özününküləşdirməsi”ndən və erməni tarixçilərin İrəvanla bağlı etiraflarından bəhs olunur.

Bildirilir ki, XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi və indi Ermənistan adlanan dövlətin paytaxtı olub. Bu şəhər 1441-ci ildən, Cahan şah dövründə Qaraqoyunlu əmirləri buranı zəbt etdikdən sonra məşhurlaşıb. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt olunub. Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan idarə edib. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən İrəvan şəhəri Azərbaycanın tərkibində Rusiyaya birləşdirilib”.

Qeyd olunur ki, yalnız ilk dəfə 1918-ci ildən İrəvan erməni şəhəri kimi rəsmiləşib: “1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cümhuriyyəti hökumətinin İrəvanı ermənilərə güzəştə getməsi ilə bu şəhərin yeni erməni tarixi uydurulmağa başladı. Tezliklə şəhərin əski simasını dəyişdirən ermənilər nağılçıların köməyi ilə yeni saxta tarix uydurdular. Bu saxta tarixi hər daş, hər tapıntı ifşa edir. İrəvanın tarixi və araşdırması ilə məşğul olan erməni alimlər də öz tapıntıları ilə erməni yalanını ifşa edirlər”.

Sonda vurğulanır ki, erməni tarixçi və ictimai xadimlər yalan nağılları ilə İrəvanın həqiqi tarixini əks etdirən bir neçə epizodu göstərməklə orta əsrlərdə tanınmış salnaməçilərin təsdiq etdiyi bəzi həqiqətləri sübut edirlər: “İrəvan qədim Azərbaycan şəhəridir. Azərbaycanın digər şəhərlərindən seçilməyən İrəvanın memarlığı və tarixi orada yaşayan azərbaycanlıların ictimai fikir, mədəniyyət və sənətkarlıq baxımından xeyli inkişaf etdiyini göstərir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixində iz buraxan İrəvan azərbaycanlılarının adları şəhərin inkişaf dərəcəsini əyani şəkildə göstərir. İrəvan ticarət, sənətkarlıq, din, elm, təhsil və mədəniyyət mərkəzi idi. Ermənilər təkcə ərazini deyil, həm də bütöv Azərbaycan mədəniyyətinin bir parçasını ələ keçirdilər. Lakin ərazini almaqla, tikililəri dağıtmaqla yaddaşda yaşayan mədəni irsi silmək mümkün deyil. Azərbaycan tarixində və mədəniyyətində böyük İrəvan izi yaşayır və qorunur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçiin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 16-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar