Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Azərbaycanın Ermənistan ordusunun silahlanmasına məhdudiyyətlər qoyması daha doğru və təbiidir...

Ermənistanın Baş naziri Azərbaycana silahlı qüvvələrə nəzarət etməklə bağlı saziş bağlamağı təklif edib...

Siyasi-şərhçi: “Ermənistan anlayır ki, ordu quruculuğu sahəsində onların problemləri çox ciddidir və onlar yaxın illər ərzində külli miqdarda maliyyə xərcləməklə ordunu bərpa etmək məcburiyyətindədirlər. Belə olan halda da, əlbəttə ki, Ermənistan ordu ilə bağlı bu cür təkliflər irəli sürəcək”.

“Bu Ermənistan tərəfindən konstruktiv, sülhpərvər görünmək üçün növbəti bir addımdır. Əlbəttə, bu yersiz və məntiqsizdir”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Ermənistanın Baş nazirinin son açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Ötən şənbə Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra açıqlamalar verdi. Əslində bu açıqlamalar, Azərbaycan Prezidentinin yerli televiziyalara verdiyi müsahibədən sonra yaranmış vəziyyətin İrəvana görə şərhi idi və Paşinyanın açıqlamaları içərisində bir təklif daha çox diqqət cəlb etdi. Ermənistanın Baş naziri Azərbaycana silahlı qüvvələrə nəzarət etməklə bağlı saziş bağlamağı təklif etdi.

Paşinyanın bu təklifini və ümumilikdə son açıqlamalarını necə dəyərləndirmək olar?

Ermənistanın Azərbaycana son təkliflərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Düşünmürəm ki, Azərbaycan hər hansısa bir məhdudedici müqavilələri imzalasın və qaydaları qəbul etsin”.

Əgər belə bir məsələlər sülh sazişini şərtləndirəcəksə, onda regional sülhlə bağlı problemlərlə üzləşəcəyimizi proqnoz edən ekspert Poliqon-a bildirib ki, bu məsələlər sülh sazişi imzalanandan sonra danışıqlar predmeti olarsa, onda bu məsələlərin həllində də proqnozlaşdırma dərəcəsi yüksək olacaq:

“Paşinyanın bəyanatlarında çox maraqlı məqamlar var idi. Ermənistanın Azərbaycana silahlı qüvvələrə nəzarət etməklə bağlı saziş bağlamağı təklif də onlardan biri idi. Ermənistan anlayır ki, ordu quruculuğu sahəsində onların problemləri çox ciddidir və onlar yaxın illər ərzində külli miqdarda maliyyə xərcləməklə ordunu bərpa etmək məcburiyyətindədirlər. Belə olan halda da, əlbəttə ki, Ermənistan ordu ilə bağlı bu cür təkliflər irəli sürəcək.

Azərbaycanda ordu quruculuğu və müdafiə qabiliyyəti təkcə Ermənistanla şərtləndirilmir. Bu ümumi bir prosesdir və düşünmürəm ki, Azərbaycan hər hansısa bir məhdudedici müqavilələri imzalasın və qaydaları qəbul etsin.

Bu Ermənistan tərəfindən konstruktiv, sülhpərvər görünmək üçün növbəti bir addımdır. Əlbəttə, bu yersiz və məntiqsizdir. Çünki ordu quruculuğu prosesi dayanmayan bir prosesdir. Texnologiyalar inkişaf edir və Azərbaycan özünə hansısa bir məhdudiyyət qoya bilməz.

Fərhad Məmmədov: “Adətən müharibədən sonra məğlub olan, lakin aqressiyasın sürdürən və revanşizmə can atan ölkələrə ordu quruculuğunda məhdudiyyətlər qoyulur. Ona görə də Azərbaycanın Ermənistan ordusunun silahlanmasına məhdudiyyətlər qoyması daha doğru və təbiidir”.

Digər tərəfdən, Azərbaycanın Ermənistanla bağlı olan və Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər ona əsaslanıb ki, Ermənistan 30 il ərzində aqressiv ölkə olub. Adətən müharibədən sonra məğlub olan, lakin aqressiyasın sürdürən və revanşizmə can atan ölkələrə ordu quruculuğunda məhdudiyyətlər qoyulur. Ona görə də Azərbaycanın Ermənistan ordusunun silahlanmasına məhdudiyyətlər qoyması daha doğru və təbiidir. Bu üzdən də Ermənistanın qabaqdan gəlmişlik etməyə can atması üçün əsas belə yoxdur. Ermənistan müharibədən Azərbaycanla bərabər şərtlərlə çıxmayıb və faktiki olaraq bu ölkə ordumuzun qüdrəti qarşısında kapitulyasiya edib.

Eyni zamanda orduların şərti sərhəddən çəkilməsi də Azərbaycan tərəfindən qəbul edilməzdir vəbu ölkə prezidentin yerli televiziyalara verdiyi müsahibəsində də bir daha qeyd edilib. Əgər Paşinyanın irəlü sürdüyü təkliflər sülh sazişini şərtləndirəcəksə, onda regional sülhün əldə olunmasında problemlərlə üzləşəcəyik. Hətta bu təkliflər sülh prosesini uzaqlaşdırmaqla yanaşı, regionda yeni müharibənin tətiklənməsi təhlükəsini də artırır. Amma bu məsələlər sülh sazişi imzalanandan sonra danışıqlar predmeti olacaqsa, onda bu məsələlərin həllində də proqnozlaşdırma dərəcəsi yüksək olacaq”.

Nərminə UMUDLU
Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ən çox oxunanalar