Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusların 60%-dən çoxu Putinin Ukraynada apardığı müharibəni dəstəkləyir - Sorğu

Yeni araşdırmanın nəticələrinə görə, Rusiya prezidenti Vladimir Putinin fəaliyyətinə və Ukraynadakı hərbi strategiyasına ölkə daxilində əhali arasında ciddi dəstək var...

Poliqon xəbər verir ki, bu barədə Çikaqo Universitetinin Müstəqil Milli Araşdırmalar Mərkəzinin . (NORC) hesabatında bildirilir. NORC Müharibə Araşdırmaları İnstitutunun (ISW) araşdırma məlumatlarına əsaslanaraq və yerli mobil operatorların məlumat bazalarından istifadə edərək Rusiyanın müxtəlif regionlarından və ilhaq edilmiş Krımda sorğu keçirib. Sorğuda 18 yaşdan yuxarı 1046 rusiyalı iştirak edib.

Araşdırma göstərib ki, respondentlərin 67%-i Putinin beynəlxalq siyasətini müsbət qiymətləndirir, 58%-i isə onun daxili siyasi təşəbbüslərini bəyənir. Bundan əlavə, hər on rusiyalıdan altısı növbəti prezident seçkilərində Putinə səs vermək niyyətində olduğunu bildirib.

Tədqiqat onu da göstərib ki, qiymətlərin artmasına və bununla bərabər iqtisadi vəziyyətin pisləşməsinə baxmayaraq, vətəndaşlar arasında narazılıq yaransa da, Putinə dəstək nisbətən yüksək olaraq qalır.

Analitiklər qeyd edirlər ki, respondentlərin 63%-i Ukraynadakı hərbi əməliyyatlardan xəbərdardır və müharibəni dəstəkləyir. Üstəlik, respondentlərin 64%-i bu hərbi kampaniyanı “Rusiya ilə Qərb arasında sivilizasiya qarşıdurması” hesab edir.

Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, bu nəticələr Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyin azaldığını qeyd edən digər müstəqil Rusiya sosioloji sorğularının nəticələrindən fərqlənir.

Rusiyanın yetkin vətəndaşlarının iştirak etdiyi sorğu 2023-cü ilin noyabrında keçirilib. Rusdilli müsahibəçilər mobil rabitə vasitəsilə məlumat toplayıblar. Qeyd edilir ki, nəticələrin səhvi 3,4%-dən çox deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay