Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna siyasətçiləri ölkənin ərazi bütövlüyünün qorunacağına şübhə edir

Ukraynadakı siyasətçilər Rusiyanın hücumlarından sonra ölkənin ərazilərini qoruyub-saxlaya biləcəyinə şübhə edirlər...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın "Foreign Policy" nəşri yazıb.

Jurnalistlər qeyd edirlər ki, Rusiya Silahlı Qüvvələrinin hərbi obyektlərə endirdiyi zərbələrdən sonra Ukrayna rəsmiləri bu ərazini nə qədər saxlaya biləcəklərini özlərindən soruşurlar. Məqalədə deyilir ki, Rusiya qoşunlarının Ukraynanın şərqindəki manevrləri və Qərbin köməyinin olmaması yeni torpaqların təslim edilməsinə səbəb ola bilər.

Ukraynanın xalq deputatı Aleksandra Ustinova FP ilə söhbətində vurğulayıb ki, hadisələrin belə nəticəsini qəbul etmək çox çətindir, çünki ölkə hər kilometrə minlərlə hərbçi itirir, Rusiya ordusu isə yeni ərazilərə nəzarət edir.

Dekabrın 29-na keçən gecə və dekabrın 30-u səhər saatlarında Ukrayna kütləvi hücuma məruz qalıb. Partlayışlar Kiyev, Xarkov, Odessa, Dnepr, Lvov, Zaporojye və digər şəhərlərdə baş verib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ölkəyə 122 raket və 36 pilotsuz təyyarə ilə hücum edildiyini bildirib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib ki, monitorda heç vaxt eyni vaxtda bu qədər çox hədəf göstərilməyib.

Rusiya Müdafiə Nazirliyi zərbənin hədəflərinin hərbi sənaye kompleksi obyektləri, hərbi aerodromlar, arsenallar və hərbi məntəqələr olduğunu və onların hamısının vurulduğunu vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə görüşüb

Stoltenberq: NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - Video  

İlham Əliyev ilə Şahbaz Şərif arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib - Yenilənib

Ən çox oxunanalar