Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən zəngin 500 adamının ümumi sərvəti 1,5 trilyon dollar artıb

Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb...

Bu barədə “Report” illik “Bloomberg Billionaires” reytinqinə istinadən xəbər verir.

Reytinqdə birinci yeri yenidən amerikalı milyarder İlon Mask tutub. “Tesla Inc” şirkətinin rəhbərinin xalis sərvəti bu il 95,4 milyard dollar artaraq 232,393 milyard dollara çatıb. Buna şirkətin səhmlərinin dəyərinin 105% (iki dəfədən çox) artması birbaşa təsir edib.

Nəticədə o, keçən il reytinqdə birinci olmuş fransalı milyarder Bernar Arnonu geridə qoyub. Arno dünyanın ən böyük lüks mallar istehsalçısı “LVMH Moet Hennessy Louis Vuitton SA” şirkətinə rəhbərlik və nəzarət edir. Qlobal iqtisadiyyatda ümumi tənəzzül və dəbdəbəli mallara tələbatın azalması LVMH səhmlərinin dəyərinin artımını məhdudlaşdırıb, şirkətin səhmləri bu il 8,4% bahalaşa bilib.

Hazırda Maskın sərvəti Arnonunkunu (178,979 milyard dollar) 50 milyard dollardan çox üstələyir.

“Amazon.com Inc”nin təsisçisi. Ceff Bezos bu il sərvətinə 70 milyard dollar əlavə edərək, onu təxminən Arnanun sərvətinə bərabər hala gətirib.

“Microsoft” korporasiyasının təsisçisi Bill Geytsin sərvəti 2023-cü ildə 140,511 milyard dollara qədər artıb. “Microsoft”un keçmiş baş direktoru Stiv Balmerin sərvəti isə 130,529 milyard dollara bərabər olub. Geyts və Balmer “Bloomberg Billionaires” reytinqində ilk beşliyi tamamlayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Qazaxda dövlət qulluqçuları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim keçirilib

Paris-2024: Azərbaycan atleti 7-ci yeri tutub    

Qurban Qurbanov: Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir

Ən çox oxunanalar