Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serdar Ortaçdan üzücü xəbər: “Ayağımı amputasiya edə bilərlər”

Türkiyəli məşhur müğənni Serdar Ortaç şou-biznes aləminin ən çox danışılan adları sırasındadır...

2014-cü ildə evləndiyi irlandiyalı model Xloye Lounanla 2019-cu ildə boşanan Ortaç dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.

53 yaşlı müğənni xəstəliyinin müalicəsi olmadığını bildirib.

“Ayaqqabılarımı təkbaşına çıxarmaqda belə çətinlik çəkirəm. Üç dəfə tutuşmuşam, dördüncü tutma olsa, bu təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah, heç nə olmaz”, - deyə o, vəziyyəti barədə danışıb.

Ortaç hazırda depressiyada olduğunu vurğulayıb.

“Buna səbəb eşq acısı və ya boşanmağım deyil. Yeganə səbəb xəstəliyimdir. Atamı və qardaşımı itirdim, pandemiyadan sonra mənim üçün çox pis oldu. Mənə milyonlar versəniz, fərq etməz, paltarımı 300 dəfə geyinərəm, heç vecimə də olmaz. İnsan xəstələnəndə çox şeyin əhəmiyyəti qalmır. Təsəvvür edin, artıq velosiped də sürə bilmirəm. Bu vəziyyət məni sıxır”.
Məşhur müğənni hazırda həyatında heç kimin olmadığını vurğulayıb:

“Xüsusən də uşaq atası olmaq üçün çox gecikmişəm. Hər şeyi Allah bilir, görəcəyik. Uşaq sahibi olmaq istərdim”, - deyə o, arzusunu dilə gətirib.(oxu.az)

Poliqon.info


Etiket: Serdar Ortaç


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar