Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabaddakı Xudutəpə yaşayış məskəninin Neolit dövrünə aid olması təsdiqlənib - Foto

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib...

“Report”un məlumatına görə, institutda fəaliyyət göstərən “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova “Elektron Paramaqnit Rezonans” və “Termoluminessensiya” metodlarından istifadə edərək qədim dövrə aid olan arxeoloji tapıntıların yaşlarını təyin edib.

Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin təxminən eramızdan əvvəl 6225-ci ilə aid olduğunu təyin edib.

Sözügedən tədqiqatlarda, həmçinin həmin abidədən götürülmüş keramika nümunəsinin bişmə temperaturu da müəyyən olunub.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə “Cəlilabad arxeoloji ekspedisiyası” zamanı aşkarlanmış Xudutəpə abidəsi mühüm çoxtəbəqəli yaşayış məskənidir. Belə ki, qazıntılar zamanı həm neolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri, həm də Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından kəsilmiş mis pulun tapılması abidənin çoxtəbəqəli olduğunu sübut edir.

Xatırladaq ki, Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı unikal hesab olunan tarixi tapıntılarda iki miniatür qoç fiquru aşkarlanıb. 

Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi, dosent Sahib Məmmədovun rəhbərliyi altında arxeoloji tapıntıların tarixləndirilməsi üç müxtəlif metodla (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) aparılır və tapıntıların dəqiq yaşı təyin olunur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay