Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndidəki oyunu idarə etmiş hakim: “Həyatımın ən vacib matçı idi”

“Bu, həyatımın ən vacib matçı idi”...

Bunu Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu idarə etmiş baş hakim Əli Əliyev Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlamasında deyib.

Referi işğaldan azad olunmuş torpaqlarda ilk qarşılaşmanın hakimi olduğu üçün qürur hissi keçirdiyini bildirib.

Vətən müharibəsi iştirakçısı həm döyüşlərdə ədaləti bərpa etməyə çalışdıqlarını, həm də yaşıl meydanlarda ədaləti qoruduqlarını söyləyib:
“Bununla fəxr edirəm. Dövlətimə və millətimə minnətdaram. Müharibədə də bizi çox dəstəklədilər. Təyinat gələndə çox qürurlandım. Atmosfer çox gözəl idi. İnsanlar da “şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirirdilər. Döyüşçü kimi orada hisslər tam başqa idi. Fikrimiz irəli getmək və torpaqlarımızı azad etmək idi. Hakim kimi də əziyyətimizin bəhrəsini gördük. Çox sevinirdik”.

Qeyd edək ki, Xankəndi şəhər stadionundakı qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Poliqon.info


Etiket: Xankəndi hakim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay