Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəramət Böyükçöl niyə “müxalifət”in hədəfinə çevrildi: Əli Kərimlinin 30 ildə bir funksiyası olub…

Özünü hakimiyyətə real müxalifət sayan AXCP və Müsavat partiyalarının prezident seçkilərində iştirak etməməklə bağlı qərar verməsi ciddi müzakirələrə səbəb olub...

Kənar müşahidəçilərin əksəriyyəti o fikirdədir ki, istənilən halda seçkidə iştirak edib, hakimiyyət üçün prosesin daha bahalı olmasına çalışmaq lazım idi. Bəzilər isə bu fikirdədir ki, ölkədə normal seçki olması üçün heç bir şərait olmadığı üçün müxalifət baykot qərarında haqlıdır.

Yazıçı Kəramət Böyükçölun bu mövzuda sosial şəbəkədə yazdığı status müzakirələri daha da qızışdırıb. AXCP tərəfdarları yazıçını sərt tənqid etməklə yanaşı onu hakimiyyətlə işbirliyində də ittiham ediblər. Bununla belə Kəramət Böyükçölə dəstək verənlər də kifayət qədər olub.

Kəramət Böyükçölun statusunu təqdim edirik:

“Hakimiyyət müxalifətə tədbir keçirmək üçün ömründə bir dəfə Maştağada zal verdi, bunlar da yığılıb seçkini boykot elədi. Boykotu da onunla əsaslandırdılar ki, bəs hakimiyyət bərabər rəqabət üçün bizə heç bir imkan tanımır. Guya İlham Əliyev bunlara şərait yaratmalıdır ki, gəlin ölkəni idarə eləyin. Artıq neçənci seçkidir ki, boykot olunur. Bu boykotlar hakimiyyətə bir ziyan vururmu? Sizin boykotunuzla dünya İlham Əliyevin prezident kimi legitimliyini şübhə altına alıbmı? Yox. Əgər hakimiyyətin bərabər rəqabət imkanları yaratmadığını əsas gətirib seçkini boykot edirsənsə, bu məntiqlə sən ümumiyyətlə mübarizədən də imtina eləməlisən. Guya hakimiyyət seçkidən kənar mübarizə üçün bərabər imkan yaradır ki? Ofisin yox, sərbəst toplaşmaq azadlığın yox, üzvlərin həbs olunur və s. Onda bunlar əsas vermir ki, sən ümumiyyətlə mübarizədən də imtina edəsən?

Get seçkiyə, əgər doğrudan da qalib gələcəksənsə, nəticələri tanımayacaqlar, qoy tanımasınlar. Qoy hamı görsün ki, sən qalib gəldin, amma tanımadılar. Mənəvi bir qələbə ilə cəmiyyətə də yeni bir ruh ver, özünüzə də.

İkincisi, seçki tamaşadırsa, onda Ədliyyə Nazirliyinin partiyalardan 5 min üzvün siyahısını istəməyi də tamaşa idi də. Bəs onda niyə o tamaşada oynadın?

İnqilab eləyə bilmirsən, seçkiyə də getmirsən, bəs niyə varsan? Nə üçünsən? Camaatın ağlı başına gələndən sonra heç evdə dədəsinə inanmır, ömrümüz-günümüz sənə inanmaqla keçməlidir ki, guya nəsə eləyəcəksən? Ölkədə azad, demokratik bir mühit olacaqsa, bu təkcə sənin üçün olmayacaq, hamı üçün olacaq. Papaq altında yatan o qədər oğullar var. Daha ağıllı, daha intellektual, daha istedadlı, daha yaraşıqlı, daha xarizmatik… Hökumətin bərabər rəqabət üçün şərait yaratmağına qalsa, elə o papaq altında yatan oğullar da gedib namizəd olar da.

Nəysə. Ürəyim doludur”.

AXCP üzvü Ayaz Məhərrəmli yazıçıya yazdığı cavabda qeyd edib ki, partiyanın seçkilərdə iştirak etməməsi mübarizədən çəkilməsi deyil:

Kəramət bəy…..Gəlin sizinlə açıq danışaq.

Bu yazını yazmaqda məqsədiniz nədir? Ölkədə heç bir seçki mühütü olmadığını, müxalifətin mitinqlər keçirmək imkanlarının tamamilə məhdudlaşdırıldığını, həbsxanaların cəbhəçilərlə, ictimai fəallarla dolu olduğunu bildiyiniz halda hansı əsasla Xalq Cəbhəsinin boykot qərarını bu şəkildə tənqid edirsiniz?
“Əgər elədirsə ölkədə mübarizə aparmaq imkanı yoxdursa, mübarizədən də çəkilin” deyirsiniz.
Ölkədə mübarizə imkanlarının olmadığını kim sizə deyib?

Kəramət bəy, əgər bilmirsinizsə mən deyim, siz dı bilin. Seçkilərdən fərqli olaraq mübarizə üçün imkanlar yox, cəsarət, qətiyyət, prinsipiallıq lazımdır, hansı ki, cəbhəçilərin bu xüsusiyyətlərini nə kimsə şübhə altına ala bilməz nə də kimsə məhdudlaşdıra bilməz.

Mübarizə “seçkilərdə” iştirak etmək demək deyil.

Mübarizə, özündə cəsarət tapıb, haqq sözünü uca səslə deməyi bacarmaqdır.

Mübarizə, bütün məhrumiyyətləri gözə alıb, ailə hakimiyyətinə qarşı çıxmağı bacarmaq, ölkədəki anti-xalq rejimini ifşa etmək deməkdir.

Mübarizə, qətiyyətli olub, ən çətin şəraitdə belə meydanlara çıxıb, ölkədə repressiya alətinə çevrilmiş polisin üzərinə getməyi bacarmaqdır.

“Seçkilərdən” fərqli olaraq, bunlar Məzahir Pənahovun çubuğu ilə idarə oluna bilən məslələr deyil ki, biz mübarizəni də boykot edək .

Siz səhv edirsiniz Kəramət bəy, özü də ciddi səhv!

Sabiq AXCP üzvü, qurultayların birində partiya sədrliyinə namizəd olmuş Sahib Kərimli yazdığı şərhdə Əli Kərimlini hakimiyyətlə işbirliyində ittiham edib:

Əli Kərimlinin 30 ildə bir funksiyası olub: hakimiyyətə qarşı mübarizə aparmaq potensialı olan cəsarətli adamlara cazibədar görünmək, onları ətrafına toplamaq, onları yormaq, onları resurslardan məhrum etmək, onları marginallaşdırmaq, ən idərəolunmazlarını həbsə göndərmək, milli potensialı fiziki və mənəvi məhv etmək.
Bu böyüklükdə fəaliyyət qarşılıqsız olarmı?

Dahilər deyirlər ki, yalnız öz xoşbəxtliyini düşünən, başqalarının həyatına biganə olan adam pis adamdır.
Bəs, öz xoşbəxtliyi naminə başqalarını bədbəxt edən adama necə adam deyilməlidir”?

Politoloq Şahin Cəfərli isə müxalifətin addımını doğru sayır:

“Siyasi məsələləri hələ qoyaq bir kənara, hansı ki, siyasi nöqteyi-nəzərdən iştirak etməmə qərarının lehinə yüzlərlə arqument gətirmək olar. Seçki kampaniyasına başlamaq üçün heç olmasa minimal miqdarda maliyyə lazımdır, o isə yoxdur. Rusiyadan 10 min dollar göndərmiş adamı nə günə saldıqlarını gördünüz. Necə iştirak etsinlər?”(azatoday)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Ən çox oxunanalar