Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda 20 nəfər qızılcaya yoluxub

Xaçmaz rayonunda qızılca xəstəliyinə 20 yoluxma faktı qeydə alınıb...

"Report"un Şimal bürosunun məlumatına görə, son on gün ərzində rayon mərkəzindən və ətraf kəndlərdən qızılca xəstəliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 20 sakin müraciət edib.

Onlardan 5-i vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalara göndərilib, 4 nəfərə ambulator müalicə təyin edilib. Digər şəxslər isə yaşayış yeri üzrə həkim nəzarətinə verilib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tamara Kərimova "Report"un yerli bürosuna bildirib ki, təkcə uşaqlar arasında deyil, böyüklər arasında da qızılcaya yoluxma halları yayılıb: "Mövsümi xəstəliklərlə yanaşı, qızılca xəstəliyi də yayılıb. Qızılcanın ilkin əlamətləri temperaturun 38-40 dərəcəyə yüksəlməsi, bədəndə səpkilərin olması, gözlərin qızarması və mədə-bağırsağın pozulması hallarıdır. Bu hallar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır. Valideynlərə tövsiyə edirik ki, uşaqlara peyvənd vurdursunlar və tibbi maskalardan istifadə edilsin. İnsan qızılca xəstəliyinə ömürdə bir dəfə yoluxur, daha sonra orqanizmdə immunitet yaranır. İkinci dəfə yoluxma olmur".

Qeyd edək ki, xəstəliklə əlaqədar hələ ki Xaçmaz rayon məktəblərində distant təhsilə keçən sinif yoxdur.

Poliqon.info


Etiket: qızılca Xaçmaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

AVRO-2024: Avstriya hesab arasındakı fərqi azaldıb - Yenilənib

Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar olub

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Ən çox oxunanalar