Bazar ertəsi, 04 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "Tarif Şurasının dərmanlara dair son qərarı rəqabəti artıracaq"

Azərbaycana idxal olunan dərmanların tanınması üçün ekspertiza müddətinin 11 iş günü müəyyən edilməsi bu sahədə rəqabətliliyi artıracaq

Bunu "Report"a açıqlamasında Tarif (Qiymət) Şurasının bugünki qərarını şərh edən istehlak bazarı üzrə ekspert Eyyub Kərimli bildirib.

Bundan başqa, onun sözlərinə görə, sadələşdirilmiş ekspertiza tariflərinin mövcud tariflərdən 20-29 % az müəyyən edilməsi ölkədə dərman çeşidliliyinin artmasına müsbət təsir göstərəcək.



“Bu cür addımlar sahibkarların ölkəyə dərman idxal etməsinə marağını artırır. Digər tərəfdən bu cür yeniliklər qiymətlərə, dərmanların maya dəyərinə az da olsa təsir göstərəcək. Yeni qərar qüvvəyə mindikdən sonra Azərbaycan bazarına daha keyfiyyətli dərmanlar daxil olacaq, istehlakçıların seçim imkanları xeyli artacaq. Bu da əhalinin sağlamlığın qorunması üçün vacibdir", - deyə ekspert qeyd edib.

"Azərbaycan il ərzində təxminən 500 milyon ABŞ dolları dəyərində dərman idxal edib. Dərman sənayemiz 90 % idxaldan asılıdır. Prosedurların sadələşdirilməsi bu sahə ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətini stimullaşdıracaq”, - E.Kərimli fikrini tamamlayıb.

Poliqon.info 


Etiket: Dərman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Himalay Məmişov İseveçrədə infarkt keçirib? - Rəsmi açıqlama

İtkin düşən 11 yaşlı Rasimin axtarışı dayandırıldı

Qurban Qurbanov: Oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik    

“Söhbət ölümdən düşdü, dedi ki, ona baxarsan” - Oğlu Hacı Şahinlə son görüşündən danışdı

Nəriman Axundzadə “Qarabağ”dan gedə bilər - Video

Akademik Ramiz Mehdiyevin “kandidat” namizədi və ya 3 milyon pul, bir “kəllə”Nazim, bir də kardinal, vəssalam, şüttəmam    

Medvedev: “Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”  

Azərbaycan klubu “Point Blank” üzrə dünya çempionu oldu - Foto, Video

TÜRKPA-nın Baş katibi: “İnanırıq ki, Nuri Paşanın, Vətən Müharibəsi şəhidlərinin ruhu şaddır”

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Premyer Liqa: "Neftçi" və "Qarabağ"ın start heyətləri bəlli olub

Ən çox oxunanalar