Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son durum açıqlanıb

Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son durum açıqlanıb.

Bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: "Qızılcanın peyvəndlə qarşısı alına bilinən bir xəstəlik olduğunu, 20-ci əsrin 60-cı illərindən başlayaraq sözügedən xəstəliyə qarşı bütün yenidoğulmuşlara peyvənd vurulduğunu, hazırda peyvənd vurulmuş çoxsaylı insan olduğunu və xəstəliyin əsasən ölkə ərazisində yayıldığını nəzərə aldığımız təqdirdə hərhansı bir pandemiyaya çeverilmə halından bəhs edilə bilməz".

Məlumata görə, ölkə ərazisində tək-tək qızılcaya yoluxma halları qeydə alınır:

"Qızılca xəstəliyi əsasən peyvəndlənməmiş insanlarda ağırlaşmalarla müşahidə oluna bilər. Bununla yanaşı, hər hansı bir səbəbdən immun çatışmazlığı olan uşaqlarda (xüsusən, 5 yaşa qədər) xəstəliyin ağırlaşmaları qeyd olunur".

TƏBİB-in məlumatına görə, hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər.

Poliqon.info 


Etiket: Qızılca


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

AVRO-2024: Avstriya hesab arasındakı fərqi azaldıb - Yenilənib

Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar olub

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Ən çox oxunanalar