Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Ukraynanın alyansa qəbulu üçün yol xəritəsi hazırlayır

Şimali Atlantika Alyansı Ukraynanın Qərb hərbi-siyasi bloku ilə tam qarşılıqlı fəaliyyətə keçməsi üçün yol xəritəsi hazırlayır.

Bu barədə NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclasının yekunlarına dair bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, kompleks yardım paketi Ukraynanın təhlükəsizlik və müdafiə sektorunun bərpası, həmçinin ölkənin uzunmüddətli perspektivdə müdafiə sahəsinin dəstəklənməsi üçün çoxillik proqrama çevriləcək.

“Bu səylərin bir hissəsi olaraq, biz Ukraynanın NATO ilə tam qarşılıqlı fəaliyyətə keçməsi üçün yol xəritəsi hazırlayırıq”, - deyə bəyanatda vurğulanıb.

NATO-dan verilən məlumatda əlavə olunub ki, minalardan təmizləmə, Ukrayna silahlı qüvvələrinin yaralı hərbi qulluqçularının tibbi reabilitasiyası və müdafiə satınalmalarının strateji icmalı əsasında ölkənin müdafiə sənaye kompleksinin inkişafı ilə bağlı layihələr hazırlanır.

 
Qeyd edək ki, NATO-Ukrayna şurasının yaradılması haqqında qərar Qərb hərbi-siyasi blokunun iyul ayında Vilnüsdə keçirilən sammitində qəbul edilib, şuranın artıq müxtəlif səviyyələrdə bir neçə iclası keçirilib.

Bundan əvvəl Kiyev NATO-Ukrayna Komissiyası çərçivəsində Şimali Atlantika Alyansı ilə əməkdaşlıq edib. Təşkilatın baş katibi Yens Stoltenberqin dediyi kimi, şuranın yaradılması Ukraynanı alyansa üzvlüyünə yaxınlaşdırır.(oxu.az)

Poliqon.info 


Etiket: Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Ən çox oxunanalar