Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı Vətən Müharibəsi qazisi Elşad Orucovun ailəsi ilə görüşüb - Fotolar

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Ağsaqqallar Şurasının sədri ilə birlikdə Zolgəran kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Orucov Elşad Lətif oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Elşad kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.

Qeyd edək ki, N saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Elşad Orucov Talış-Suqovuşan və Murovdağ istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Onun xoşbəxt ailəsi, 2 övladı var.

Qazi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Fotolar

Poliqon.info 

 


Etiket: Görüş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Ən çox oxunanalar