Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini ilin sonuna qədər ratifikasiya edə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-dakı həmkarlarına bildirib ki, İsveçin təşkilata üzv olmaq ərizəsini ratifikasiya etmək üçün çox çalışır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Materialda hazırda Türkiyə parlamentində Stokholmun Şimali Atlantika Alyansına qoşulması məsələsinin fəal müzakirə olunduğu göstərilir. Eyni zamanda, respublikanın xarici siyasət idarəsinin rəhbəri qərarın 2023-cü ilin sonuna qədər verilə biləcəyini vurğulayıb.

Agentliyin mənbəsi bununla bağlı sualı cavablandırarkən qeyd edib ki, İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin ratifikasiya prosesi "bir neçə həftəyə" tamamlana bilər. Rəsminin sözlərinə görə, nazirlər səviyyəsində görüşün əsas mahiyyəti bundan ibarət olub.

Noyabrın 28-də Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, ölkə rəhbərliyi Milad bayramına qədər İsveçin Şimali Atlantika Alyansına qoşulmasını gözləyir. Nazir ümid etdiyini bildirib ki, NATO-ya üzv olan bütün dövlətlər krallığın 2023-cü il dekabrın 25-dək təşkilata qoşulmaq istəyini təsdiq edəcəklər.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı ərizəsini hələlik yalnız Türkiyə və Macarıstan ratifikasiya etməyib. Ankara Stokholma bir sıra şərtlər təqdim edib və onların yerinı yetirilməsini istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Ən çox oxunanalar