Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Varoli: “Vaşinqton Bakıdan belə sərt cavab gözləmirdi”

“ABŞ-nin Azərbaycan əleyhinə hərəkətləri və Vaşinqtonun ölkənizə qarşı sərt ritorikası ABŞ siyasətinin xarakterik təzahürüdür”.

Bu sözləri ABŞ-li siyasi şərhçi Con Varoli Oxu.Az-a müsahibəsində deyib. Onunla müsahibəni təqdim edirik:

- Senatın hətta “S.3000” qanun layihəsini - “2023-cü il Ermənistanın Müdafiə Aktı”nı qəbul etdiyi, “Azadlığa dəstək aktı”na Azərbaycanda hərbi yardımın dayandırılmasını nəzərdə tutan “907-ci düzəliş”i faktiki olaraq bərpa edən ABŞ-nin hərəkətlərinin səbəbi nədir? Əslində, ölkəmizin bu yardıma ehtiyacı yoxdur, oradakı məbləğlər Azərbaycanın müdafiə büdcəsi ilə müqayisədə cüzidir. Amma buna baxmayaraq...

- ABŞ xarici siyasəti Rusiya Federasiyası ilə qarşıdurmaya yönəlib. Mənə elə gəlir ki, ABŞ-də Azərbaycanın Rusiya ilə çox yaxınlaşdığını düşünürlər.

- Axı əvvəl Qərb - Brüssel, indi də Vaşinqton öz hərəkətləri ilə Azərbaycanın gözündə özlərini nüfuzdan salıblar. Bakı bu platformaları Ermənistan-Azərbaycan danışıqlarının aparılması yeri kimi qəbul etmir. Belə çıxır ki, Qərb özü BakıMoskvaya yaxınlaşdırır?

- Mən sizinlə razıyam və ABŞ-nin niyə bunu etdiyini demək mənim üçün çətindir. Ancaq bir daha vurğulayacağam ki, Vaşinqton üçün əsas düşmən Moskva və ona yaxın olanladır. Deməli, baş verən hər şeyə bu prizmadan baxmaq lazımdır.

- Digər maraqlı məqam ondan ibarətdir ki, ABŞ və Fransanın Bakıdakı səfirləri dəvət olunsalar da, üç ildən artıqdır ki, işğaldan azad edilmiş Şuşaya hələ də getməyiblər. Rusiya diplomatik qurumunun rəhbəri isə Şuşaya gedib. Belə çıxır ki, ABŞ 2020-ci il müharibəsinin nəticələrini və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunduğu antiterror tədbirlərini tanımır?

- Burada qeyd etmək istəyirəm ki, Ermənistanda yeni hökumət nisbətən qərbyönlü hesab olunur. ABŞ-nin ən güclü ştatı olan Kaliforniya ştatında çox böyük erməni diasporu var. ABŞ Konqresinin Nümayəndələr Palatasının iki dəfə spikeri olmuş Nensi Pelosi də bir çox oliqarxlar kimi, Kaliforniyadandır. Erməni diasporunun Fransada da ciddi nüfuzu var. Mən, sadəcə olaraq, faktları sadaladım. Ona görə də ABŞ və Fransa səfirlərinin Şuşaya gəlməməsi təəccüblü deyil, çünki erməni lobbisi, çox güman ki, ABŞ və Fransada hakimiyyətdə olan siyasi qüvvələrə, Co Bayden və Emmanuel Makrona təzyiq göstərir.

Başqa bir vacib məqam: ABŞ Cənubi Qafqazda və dünyanın digər regionlarında hər hansı bir ölkənin ərazi bütövlüyünə tamamilə biganədir. Vaşinqton beynəlxalq hüquqa nadir hallarda diqqət yetirir, xatırlamaq kifayətdir ki, ABŞ faktiki olaraq Suriya və bir çox başqa ölkələrin ərazisinin əhəmiyyətli hissəsini işğal edir. ABŞ, sadəcə olaraq, geosiyasi şahmat oynayır.

Çox maraqlı bir müşahidə var. Azərbaycan əleyhinə olan “907-ci düzəliş” Azərbaycanın ərazisi Ermənistan tərəfindən işğal edilən zaman tətbiq edilib. Bir müddət sonra ABŞ-nin terrorla mübarizədə köməyə ehtiyacı olanda ölkə prezidentləri hər il onun fəaliyyətini dondurdular. İndi Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu düzəliş yenidən qüvvəyə minib. Nə baş verir? Çətin ki, bu, hakimiyyətdə olan siyasi qüvvələrlə bağlıdır, çünki onlar bunu respublikaçı prezidentin dövründə təqdim ediblər, indi isə ABŞ-nin demokrat liderinin dövründə geri qaytarıblar.

- ABŞ, həqiqətən də, Azərbaycana təzyiq edir, amma mənə elə gəlir ki, o qədər də sərt deyil. Bunun da bir izahı var. Ölkənizin cənubunda İran, şimalında Rusiya Federasiyası yerləşir. Ona görə də Azərbaycan Respublikası İranRusiya ilə qarşıdurmada ABŞ üçün çox vacib ölkədir. Amma ABŞ çox istəyir ki, Azərbaycan üzərində hökmranlıq etsin, burada hərbi baza açsın, Rusiyanı regiondan sıxışdırsın. ABŞ-nin Azərbaycanda hərbi mövcudluğu İranRusiyaya qarşı mübarizədə çox güclü addım olardı. Ona görə də mənə elə gəlir ki, Bakıya təzyiq etmək (yenə deyirəm, çox sərt deyil) taktikası seçilib.

“907-ci düzəliş”, respublikaçılar və demokratlara gəldikdə, onların xarici siyasətinin özünəməxsus xüsusiyyətləri var, lakin o qədər də fərqlənmir, siz bunda haqlısınız. Ümumiyyətlə, bizim xarici siyasətimizdə bir neçə yüz adam iştirak edir, onlar sanki partiyalardan yuxarıdadırlar, partiya meyillərindən uzaqdırlar.

- Yeri gəlmişkən, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Vaşinqtonun Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarını əvəz etmək istəyindən açıq danışıb. Bu, ABŞ-nin Azərbaycanda hərbi baza açmaq istəyi ilə bağlı ehtimallarınızla çox açıq şəkildə əlaqələndirilir.

- Bəli, demək olar ki, belə olduğuna əminəm.

- Bəs niyə ABŞ-lilər dostluq yolu ilə deyil, təzyiq göstərməklə Azərbaycanla yaxınlaşmaq istəyirlər?

- (gülür) Yaxşı sualdır. Təzyiq, əslində, sırf ABŞ yanaşmasıdır. Təəssüf ki, biz bunu sevirik və öyrəşmişik. Bu, qarşı tərəfdən itaət və acizlik hissi əldə etmək üçün bir mədəniyyətdir, ünsiyyət tərzidir. Bu, mühüm psixoloji məqamdır. ABŞ həmişə hegemon olduğunu göstərmək istəyir.

- Çətin ki, bu, ABŞ nümayəndə heyətlərinin səfərləri ilə bağlı güzgü tədbirləri tətbiq edən, hətta Vaşinqtonda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı görüşdən imtina edən Azərbaycanla işləyib.

- Bəli, hesab edirəm ki, Vaşinqton Bakıdan belə sərt cavab gözləmirdi.

 
- ABŞ, həqiqətən də, Azərbaycana təzyiq edir, amma mənə elə gəlir ki, o qədər də sərt deyil. Bunun da bir izahı var. Ölkənizin cənubunda İran, şimalında Rusiya Federasiyası yerləşir. Ona görə də Azərbaycan Respublikası İranRusiya ilə qarşıdurmada ABŞ üçün çox vacib ölkədir. Amma ABŞ çox istəyir ki, Azərbaycan üzərində hökmranlıq etsin, burada hərbi baza açsın, Rusiyanı regiondan sıxışdırsın. ABŞ-nin Azərbaycanda hərbi mövcudluğu İranRusiyaya qarşı mübarizədə çox güclü addım olardı. Ona görə də mənə elə gəlir ki, Bakıya təzyiq etmək (yenə deyirəm, çox sərt deyil) taktikası seçilib.

Poliqon.info 


Etiket: Con Varoli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar