Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Çexiyada ölkə tarixinin ən böyük tətili planlaşdırılır

Çexiyada həmkarlar ittifaqları bu gün, noyabrın 27-də, təxminən 1 milyon işçisi və məktəb müəssisələrinin 70%-nin işçi heyəti olan yüzlərlə müəssisə və şirkəti əhatə edəcək tətil keçirəcək...

Poliqon xəbər verir ki, bu barədə Çexiya-Moraviya Həmkarlar İttifaqları Konfederasiyasının (CMTU) rəhbəri Yozef Streduli bildirib. Bu, ölkə tarixində ən böyük aksiya olacaq.

Yozef Stredulinin sözlərinə görə, çexlər hazırkı vəziyyətdən qəzəbləniblər və hakimiyyətin onlara qulaq asmadığına inanırlar:

“Tətilin məqsədi respublika hökumətini cəmiyyətdə baş verənlər barədə düşünməyə məcbur etməkdir. Əgər onlar (ölkə hakimiyyət orqanları-red.) belə bir hərəkətin fərqinə varmamış kimi kənara çəkilə biləcəyini düşünsələr, bu halda cəmiyyətdə əhval-ruhiyyə daha da pisləşə bilər”.

Həmkarlar ittifaqlarının əsas narazılığına səbəb dövlət maliyyəsinin yaxşılaşdırılması üçün prezident Peter Pavel tərəfindən imzalanmış tədbirlər paketi, o cümlədən dövlət subsidiyalarının azaldılması, bəzi vergi güzəştlərinin ləğvi, bir sıra mal və xidmətlərə ƏDV-nin artırılması, və pensiyaların ödənilməsi şərtlərində dəyişikliklərdir. Həmkarlar ittifaqları və müxalifətin fikrincə, bu dəyişikliklər inflyasiyanın artmasına və vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.

Həmkarlar ittifaqları və işəgötürənlər tədbirlər paketini dəyişdirmək üçün 9 təklif irəli sürüb.

Bu gün respublikanın bütün bölgələrində mitinq və yürüşlərin keçirilməsi planlaşdırılır. Praqada etirazçılar parlament binası yaxınlığındakı Malostranska meydanına toplaşacaqlar. Tətildə nəqliyyat, dəmiryol, təhsil, səhiyyə, mədəniyyət, yeyinti və ağac emalı sənayesi işçilərinin həmkarlar ittifaqları da iştirak edəcək. Bir çox müəssisə istehsalı ən azı bir saat dayandırmağı planlaşdırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar