Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: ABŞ sülhün əldə edilməsini istəyirsə, Bakıya deyil, İrəvana təzyiq etməlidir...

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi bildirib ki, 19 sentyabrdan sonra Vaşinqton Azərbaycanla normal əlaqələrini dayandırıb və bu əlaqələr ancaq Ermənistanla sülh sazişi imzalandıqdan sonra bərpa oluna bilər...

Turan Rzayev: “Ceyms O'Brayen “AzərbaycanErmənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər” dedikdə faktiki olaraq tərəflərin Vaşinton və Brüssel formatına qayıtmasını nəzərdə tutur”.

Azərbaycan hələlik Brüssel və Vaşinqton platformalarına qarşı məsafəli yanaşır. Qeyd olunan platformalardan da birmənalı imtina edilməyib”.

Bu sözləri politoloq Turan Rzayev Vaşinqton Azərbaycanla normal əlaqələrini dayandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Konqresdəki dinləmələr zamanı ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib ki, 19 sentyabrdan sonra Vaşinqton Azərbaycanla normal əlaqələrini dayandırıb və bu əlaqələr ancaq Ermənistanla sülh sazişi imzalandıqdan sonra bərpa oluna bilər. Vaşinqtonda hesab edirlər ki, hazırda sülh sazişini imzalamaq istəməyən Azərbaycan tərəfidir.

O'Brayenin Azərbaycana qarşı əsasız iddiaları fonunda ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini necə görünür? Faktiki olaraq Ermənistanın təmsilçisi kimi çıxış edən ABŞAvropa Birliyi ilə münasibətlər öz cığırından çıxa bilərmi və Azərbaycanın Qərbin erməniparast iradəsinə təslim olmasını mümkün variant hesab etmək olar?

ABŞAvropa Birliyinin Azərbaycana qarşı gəlməsini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Ceyms O'Brayen deyib ki, AzərbaycanErmənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər. Onun bu sözləri diqqət çəkir. Məsələ ondadır ki, AzərbaycanRusiyanın, nə də İranın oxu ətrafında hərəkət edir”.

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin ölkəsinin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacağı ilə hədələməsini doğru hesab etməyən politoloq Poliqon-a bildirib ki, bu açıq şəkildə təhdid xarakterli bəyanatdır:

“Əvvəla qeyd edim ki, AzərbaycanErmənistan arasında sülh danışıqları gedir. Bakı rəsmi və ya qeyri-rəsmi səviyyədə danışıqlardan imtina etdiyini deməyib. Hətta danışıqlar masasında sülh sənədinin olması da məlumdur. Tərəflər adıçəkilən sülh sənədini qarşılıqlı şəkildə düzəlişlər edərək bir-birilərinə göndərirlər. Proses arzuolunan səviyyədə getməsə də, danışıqlar masasında natamam sülh sənədinin olması prosesin davam etdiyini göstərir.

Azərbaycan hələlik Brüssel və Vaşinqton platformalarına qarşı məsafəli yanaşır. Qeyd olunan platformalardan da birmənalı imtina edilməyib. Sadəcə, Fransa, ABŞ, habelə Aİ-nin birtərəfli açıqlamaları, ermənipərəst mövqeləri Bakının nəzərində bu platformalarda keçirilən görüşləri effektsiz edib. Əslində, ABŞ və Qərbi narahat edən də məhz bu məqamdır.

Ceyms O'Brayen “AzərbaycanErmənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər” dedikdə faktiki olaraq tərəflərin Vaşinton və Brüssel formatına qayıtmasını nəzərdə tutur. Azərbaycanın yanaşması tamamilə fərqlidir. Belə ki, rəsmi BakıErmənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsi istiqamətində danışıqları beynəlxalq formatlarda həllini dəstəkləyirdi. Çünki bu münaqişəyə dair BMT TŞ-nin 4 qətnaməsi var. 44 günlük İkinci Qarabağ münaqişəsi, habelə lokal antiterror tədbirləri nəticəsində münaqişənin “Dağlıq Qarabağ”, yəni beynəlxalq müstəvidə müzakirə edilən mərhələsi bitdi. Bakı münaqişənin “Ermənistan-Azərbaycan” mərhələsini yeni bir regional formatda müzakirə etmək istəyir. Prezident İlham Əliyevin bu istiqamətdə təklif etdiyi Gürcüstan formatı, habelə 3+3 formatında məsələnin müzakirə edilməsi Bakını daha çox maraqlandırır.

Turan Rzayev: “Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur. Rəsmi İrəvanın İranla münasibətləri isə Azərbaycandan qatbaqat yaxşıdır. Belə olan təqdirdə sual yaranır: Azərbaycan, yoxsa Ermənistan öz gələcəyini Rusiyaİran oxunda axtarır”.

Ceyms O'Brayen deyib ki, AzərbaycanErmənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər. Onun bu sözləri diqqət çəkir. Məsələ ondadır ki, AzərbaycanRusiyanın, nə də İranın oxu ətrafında hərəkət edir. Misal üçün Azərbaycan Rusiya faktoruna baxmayaraq Qarabağı işğaldan azad etdi. İranla isə siyasi münasibətlər hələ tam düzəlməyib.

Azərbaycandan fərqli olaraq Ermənistanda Rusiyanın 102-ci baza başda olmaqla daha geniş hərbi heyəti mövcuddur. Bundan başqa, Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur. Rəsmi İrəvanın İranla münasibətləri isə Azərbaycandan qatbaqat yaxşıdır. Belə olan təqdirdə sual yaranır: Azərbaycan, yoxsa Ermənistan öz gələcəyini Rusiya-İran oxunda axtarır?

Rəsmi Bakı bu ölkələri regional əməkdaşlığa cəlb etməyə çalışır. Yəni bizim bu ölkələrlə münasibətlərimiz daha çox iqtisadi sferada inkişaf edir. Lakin Ceyms O'Brayenin ölkəsinin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacağı ilə hədələməsi doğru deyil. Bu açıq şəkildə hədə-qorxudur və təcrübə göstərir ki, rəsmi Bakı ilə bu ritorikada danışmaq effekt vermir. ABŞ sülhün əldə edilməsini istəyirsə, Bakıya deyil, İrəvana təzyiq etməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar