Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dubayda “Xəzər həftəsi” forumu işə başlayıb

Bu gün Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər həftəsi - 2023” illik forumuna start verilib...

Böyük Xəzər Assosiasiyası (GCA) və İnteqral şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi bu tədbir Qlobal Yükdaşıma Sammiti (Global Freight Summit) çərçivəsində keçirilir.

Qeyd edək ki, forum əhatə və təsir dairəsini genişləndirmək məqsədilə ilk dəfə olaraq ənənəvi keçirildiyi məkandan - Davosdan (İsveçrə) kənara çıxıb.

Tədbir Böyük Xəzər Regionunda (BXR) logistika və ticarətin inkişafında yeni meyarlar müəyyən etmək üçün nəzərdə tutulub. Forum regionun logistika problemlərinin həlli üçün ən yaxşı təcrübələrə diqqət yetirəcək, ənənəvi gündəliyini davam etdirəcək.

Qeyd edək ki, “Xəzər həftəsi - 2023” forumunun məqsədi BXR ilə dünya ölkələri arasında, eləcə də BXR daxilində dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.

Üç gün ərzində iştirakçılar əsas diqqəti logistik dəhlizlərin, ticarət inteqrasiyasının və maliyyə şəbəkələrinin yaxınlaşmasına yönəldəcəklər.
Forumda BMT, Beynəlxalq Ticarət Palatası və Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) kimi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də region hökumətlərinin, beyin mərkəzlərinin, akademik və təhsil müəssisələrinin, ölkələrin nümayəndə heyətləri və nüfuzlu biznes liderləri iştirak edirlər.

Xatırladaq ki, intellektual logistika sahəsində dünya lideri kimi tanınan “DP World” şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilən “Xəzər həftəsi - 2023” forumu noyabrın 17-dək davam edəcək.

Onu da əlavə edək ki, 2017-ci ildə əsası qoyulan “Xəzər həftəsi” forumu Böyük Xəzər regionunda dialoq, əməkdaşlıq, innovasiya və inkişafı təşviq edən illik tədbirdir.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar