Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyanın XİN rəhbəri vizajistə külli məbləğdə pul xərcləyir 

Alman siyasətçiləri vizajistlərə, stilistlərə, habelə fotoqraflara, masajçılara və fizioterapevtlərə nə qədər xərcləyirlər?..

Bu məsələ uzun müddətdir ki, sorğu proseduru çərçivəsində “Almaniya üçün alternativ” fraksiyasının (AÜA) deputatları tərəfindən Almaniya hökumətindən soruşularaq qaldırılıb.

Poliqon AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Deutsche Welle (DW) nəşri siyasətçilərin xarici görünüşünə əsasən, ölkədə “ən çox pul xərcləyən” nazirlərin TOP-3 siyahısını təqdim edib.

Bu siyahıya Almaniya xarici işlər naziri Annalena Berbok başçılıq edir. Bu ilin noyabr ayının əvvəlində yayımlanan məlumata görə, xarici işlər naziri 2023-cü ilin yanvar-oktyabr ayları arasında vizajist xidmətlərinə təxminən 99 min avro, 2022-ci ildə isə ümumilikdə 136.552 avro xərcləyib.

2023-cü ildə xarici görünüşünə ən çox pul xərcləyən nazirlərin siyahısında ikinci yerdə Almaniya kansleri Olaf Şoltsun adı var: bu ilin 10 ayı ərzində stilistlərə və vizajistlərə 23 min avrodan çox pul verilib. Ötən il isə Almaniya kansleri 40 min avro xərcləyib.

Üçüncü yerdə Ailə, qadın, yaşlı vətəndaşlar və gənclər naziri Liza Pausdur. Onun xarici görünüşü vergi ödəyicilərinə təxminən 21 min avroya başa gəlib.

Sözügedən nəşr, görünüşlərinə əhəmiyyətli miqdarda “sərmayə yatırmış” yuxarıda adları əks olunan siyasətçilərlə yanaşı, AÜA və Almaniya hökumətinin uzun-uzadı yazışmalarına səbəb olan Almaniya iqtisadiyyat və iqlimin qorunması naziri Robert Habekin də adını qeyd edir. Bu yazışma, nazirlik çəkiliş üçün fotoqraf axtardığını elan etdikdən sonra “Almaniya üçün alternativ” fraksiyasından olan millət vəkili Ştefan Brandnerin sorğusu nəticəsində başlayıb. Sonra nazirliyə fotoqrafın nə üçün tələb olunduğu barədə sorğuya cavab vermək üçün hökumət 28 səhifəlik cavab hazırlamalı olub.

Bu il iqtisadiyyat naziri görünüşünə qənaət etmək qərarına gəlib: vizajistlərin və bərbərlərin xidmətləri üçün 550 avro ayrılması nəzərdə tutulub, lakin Kristian Lindnerin rəhbərlik etdiyi Maliyyə Nazirliyində vizajistlərin və bərbərlərin xidmətlərinə görə məsrəflər təxminən üç dəfə çoxalıb. Ancaq nəşrin yazdığına görə, mütləq mənada 1833 avro, ölkənin XİN başçısının xərclədikləri ilə müqayisədə çox cüzi məbləğdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Ən çox oxunanalar