Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahlar Əsgərov: “Aidiyyəti qurumlar uşaqların belinə yükü yığmaqla onları məhv edirlər”

Son illər şagirdlərin dərs yükünün artması paralel olaraq onların məktəbli çantalarının ağırlaşmasına səbəb olur.

Valideynlərin əksəriyyəti bu məsələdən narazıdırlar. Sözügedən problem mediada müəyyən vaxtlarda işıqlandırılsa da, həlli istiqamətində kəsərli addım atılmır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövzu ilə bağlı düşüncələrini Bizim.Media ilə bölüşüb.

O qeyd edib ki, problemi həll etmək üçün sadəcə məntiq lazımdır:

“Məsələn, minik maşını dörd nəfər üçün nəzərdə tutulub. Həmin avtomobilə əlavə iki nəfərin oturması nəqliyyat vasitəsindəki şəxslərin əziyyətinə səbəb olur.

 
İnsan da belədir. Hər bir şagirdin yükgötürmə qabiliyyəti var. Həmin çəkidən artıq yükü şagirdə vermək ona əziyyətdir. Proqram elə tutulmalıdır ki, şagirdlər əziyyət çəkməsinlər. Şagirdlərin uşaqlıq etməyə, oynamağa vaxtı qalmalıdır.

Aidiyyəti qurumlar uşaqların belinə yükü yığmaqla onları məhv edirlər.

Təhsil prosesinin əsaslandığı elmlər pedaqogika və psixologiyadır. Azərbaycanda bu elmlər təmsil olunmur. Məktəblərin taleyi hüquqşünasların, maliyyəçilərin, iqtisadçıların əlində qalıb. Onlar da prosesi bilmirlər. Uşaqları artıq yükləməklə öyrənməkləri üçün yox, öyrənməməkləri üçün çalışırlar”. 

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar