Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan XİN başçısı: Budapeşt Azərbaycandan böyük həcmdə qaz almağı planlaşdırır

Macarıstan gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırır, lakin regionda boru kəmərinin gücü bunun üçün yetərli deyil...

“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC 2023) çıxış edərkən deyib.

Ölkəsinin qazın əsas hissəsinin hələ də Rusiyadan aldığını və mənbə ilə tədarük marşrutlarının şaxələndirilməsini illüziya olaraq qaldığını vurğulayan diplomat buna səbəb olaraq Cənub-Şərqi Avropanın bu baxımdan yetərli gücə malik olmadığını qeyd edib. Onun fikrincə, sözügedən bölgədə boru kəmərinin gücü bunun üçün yetərli deyil: “Onların genişlənməsi olmasa, diversifikasiya sadəcə illüziya olaraq qalır”.

XİN başçısı bildirib ki, qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlavə vəsait lazımdır, lakin Cənub-Şərqi Avropa ölkələri üçün onları tapmaq çətindir və Avropa Komissiyası bu təşəbbüsün maliyyələşdirilməsi sorğusunu təsdiqləməkdən imtina edir.

Bu səbəbdən, onun fikrincə, “şaxələndirməyə ən böyük əngəl Brüsselin özü və bəzi Aİ üzvləridir”. Siyarto əlavə edib ki, Macarıstan boru kəməri və interkonnektor imkanlarını genişləndirmək üçün qonşuları və tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay