Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan vətəndaşlarının 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunur - Yenilənib

"Əmanət faizləri ilə bağlı təklif olunan güzəştin məbləği azdır, onun artırılması məqsədəuyğun olar...

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Təklif edirəm ki, 200 manata qədər deyil, azı minimum əməkhaqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin. Bu, bankda depozit saxlanılmasını təşviq edər", - deyə o qeyd edib.

"Oktyabrın 1-nə Azərbaycan banklarında 12,7 milyard manat əmanət olub ki, onun da təxminən yarısı 4 iri bankın payına düşüb. Həmin banklarda da illik faizlər 6 % və daha aşağıdır", - deyə deputat əlavə edib.

***

Azərbaycanda fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, söhbət vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirlərinin vergidən azad olunmasından gedir.

"Bu addımın da iki hədəfi var. Bu, bir tərəfdən bankların kapitalizasiyasına hədəflənib. Banklar uzunmüddətli kreditlər verir və paralel olaraq əmanətləri də uzun müddətə cəlb etməlidirlər. Eyni zamanda, milli valyutadakı depozitlərə bu güzəştin verilməsi manata tələbin artırılması siyasətini özündə ehtiva edir", -deyə vergi rəsmisi qeyd edib.

Poliqon.info


Etiket: faiz gəlir vergi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay