Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almanlar müsəlman mühacirlərin ölkələrinə gəlməsini istəmirlər...

Almaniyada respondentlərin 60%-dən çoxu müsəlman ölkələrindən mühacirlərin qəbulunun dayandırılmasının tərəfdarıdır...

Almaniya sakinlərinin 60%-dən çoxu Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda hesab edir ki, Almaniya müsəlman ölkələrindən olan miqrantları qəbul etməyi dayandırmalıdır.

Poliqon xəbər verir ki, bunu Bild qəzetinin sifarişi ilə “Insa” Sosioloji İnstitutunun keçirdiyi sorğunun məlumatları sübut edir.

Sorğunun nəticələrinə görə, respondentlərin 61%-i müsəlman ölkələrindən Almaniyaya mühacirlərin qəbulunun dayandırılmasının tərəfdarıdır. Bundan əlavə, respondentlərin 60%-i hazırda Almaniyada Fələstinin HƏMAS radikal hərəkatına dəstək məqsədilə İsrail əleyhinə keçirilən nümayişlərin və aksiyaların onları qorxutduğunu bildirib. 33%-dən az hissəsi isə əks fikir bildirib.

Eyni zamanda,böyük əksəriyyət (77%) Almaniyada getdikcə daha çox insanın alman cəmiyyətinə xor baxdığı təəssüratının olduğunu qeyd edib. Cəmi 15% belə bir hissin olmadığını bildirib.

Həmçinin sorğu iştirakçılarının 41%-i də Almaniya dövlətinin və cəmiyyətinin Almaniyaya xor baxan insanlara qarşı çox sadəlövh və mülayim olduğunu düşünür.

Almanları narahat edən şeyə gəlincə, respondentlərin əksəriyyəti (43%) ən böyük qorxularının islamçılıq olduğunu bildirib. Bununla yanaşı, respondentlərin 34%-i ən çox sağ ekstremizmdən, yalnız 7%-i solçu ekstremizmdən qorxur.

Sorğu oktyabrın 30-da keçirilib və bu sorğuda 1002 nəfər iştirak edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ən çox oxunanalar