Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əyyub Quliyev: Hazırda bəstəkarlar arasında yaradıcı stimul yoxdur

Hazırda bəstəkarlar arasında yaradıcı stimul yoxdur.

APA xəbər verir ki, bunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

"Doğrudur, Mədəniyyət Nazirliyi başda olmaqla, aidiyyəti dövlət qurumları bu yöndə lazımi işlər görür", - o əlavə edib.

Əyyub Quliyev dövlət səviyyəsində keçirilən bəstəkar yubileyləri məsələsinə toxunub:

"Adətən, yubiley tədbirləri 50 yaşdan yuxarı bəstəkarlar üçün keçirilir. Amma axı 50 yaşa qədər də bizim bəstəkarlarımız var. Onların bəstələri də qayğı istəyir, səhnə istəyir".

Əməkdar artist dahi bəstəkarların əsərlərinin bərpasını zəruri sayıb: "Məsələn, Qara Qarayevin əsərlərinin çoxu yaxşı formada deyil. "Yeddi gözəl"i biz özümüz öz vəsaitimizlə kompüterdə yığıb, gedib xaricdə çıxış edirik. Mən cənab nazirdən xahiş edirəm, bəstəkarların əsərlərinin sifariş şəklində alınması çox önəmlidir".

Dirijor gənc bəstəkarlar üçün laboratoriya təşkil olunmasının vacibliyinə diqqət çəkib:

"Bizdə bunu təşkil edəcək komanda, o potensialda gənc bəstəkarlar var. Sadəcə, müəyyən dəstəyə ehtiyac duyulur".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Ən çox oxunanalar