Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlahiddə Ümumqoşun Orduda İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar tədbirlər keçirilir - Foto

Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir...

Poliqon xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, həmçinin Heydər Əliyev adına Hərbi Liseydə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 20 illik fəaliyyəti ilə bağlı dəyirmi masa və ictimai-siyasi hazırlıqdan məşğələlər keçirilib.

Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Məşğələlər zamanı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ölkəmizdə bütün sahələrin sürətli inkişafa nail olmasında böyük inam və qətiyyətlə çalışması barədə şəxsi heyətə geniş məlumat verilib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası və döyüş əzmi baxımından dəfələrlə inkişaf edərək dünyanın aparıcı orduları sırasında yer alıb.

Məlumat verilib ki, Vətən müharibəsində və okal xarakterli antiterror tədbirlərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz Zəfər salnaməsini yazaraq, bütün dünyaya öz gücünü nümayiş etdirib. Bu gün Azərbaycanın şanlı üçrəngli bayrağı 30 ildən sonra işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanır.

Slayt vasitəsilə keçirilən məşğələlərdə bildirilib ki, “Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi” deyən və bu vəzifənin öhdəsindən layiqincə gələn Prezidentimizə , Müzəffər Ali Baş Komandanımıza bundan sonrada hər birimiz fəal dəstək verməli, onun ətrafında dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq gələcəyimiz bu sarsılmaz birlik və həmrəylikdən asılıdır.

Məşğələlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğundan və şanlı ordumuzun zəfərlərindən bəhs edən videoçarxlar nümayiş olunub.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar