Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızıl kəskin bahalaşdı - Qiymət artımı davam edəcək?

Bu gün daxili bazarda 85 əyar qızıl 90-91 manata, 750 əyar isə 115-120 manat arasında satılır...

Qiymətlərin bu həddə olması əksəriyyət tərəfindən narazılıqla qarşılanır. Xüsusən də, adətlərimizə uyğun olaraq toy etmək istəyən valideynlər qızıl qiymətlərinin yüksək olması səbəbindən ciddi çətinliklərlə üzləşirlər.

Bəs qızıl qiymətlərindəki artıma səbəb nədir?

Bizim.media-nın suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov, ölkədaxili bazarda qızılın qiymətləndirilməsinin birjalarla birbaşa əlaqəsinin olduğunu diqqətə çatdırıb:

“Son 10 il ərzində birjalarda qızılın qiymətində dinamik artım müşahidə olunur. Həm ölkəmizdə, həm də dünyada pandemiya dövründən bu günə qədər qızıl son illərin ən bahalı dövrünü yaşayır.

Xam qızılı bahalaşdıran səbəblərdən biri də odur ki, əvvəllər ölkələrin çoxu ehtiyat fondlarını müxtəlif valyutalarda saxlayırdılar. Bəzi ölkələr isə, o cümlədən Türkiyə hökuməti ehtiyat fondlarını qızıl ehtiyatına çevirir. Hətta son bir neçə il ərzində hazırkı ehtiyatlarının üzərinə 30 faizdən artıq ehtiyat əlavə ediblər.

Rusiya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr bu istiqamətdə fəaliyyətini davam etdirir. Bir sözlə, onlar öz risklərini sığortalamış olurlar. Bu amillər də qızılın belə yüksək səviyyədə qalmasını stimullaşdırır”.

Qiymət necə təyin olunur?

Onun sözlərinə görə, birjalarda qızılın qiyməti xammala əsasən müəyyən olunur və onun üzərinə əməkhaqqı gəlir:

“Bəlli olduğu kimi, ölkəyə qızıl əsasən Birləşmiş Ərəb Əmirliyindən, Türkiyədən, digər Yaxın və Uzaq Şərq ölkələrindən gəlir. Həmin ölkələrdəki işçilərin də əməkhaqları məhsulun üzərinə gəlir və satışa çıxarılır. Bu, Azərbaycanda da belədir”.

Tələbat yüksəkdir...

Ekspert daxili bazarda ləl-cəvahirat və qızıl əşyalarına tələbatın çox yüksək olduğunu diqqətə çatdırıb:

“Aydın məsələdir ki, qızılın hazırkı qiyməti əhalinin gəlirləri ilə uyğunlaşmır və onları təzyiq altında saxlayır. Bu da xalqımızın adət-ənənələri ilə bağlıdır. Xeyir işlərimiz, nişan mərasimlərimiz, toylarımız, şad günlərimiz həmişə çox olub. Bu mərasimlərin hamısında zərgərlik məmulatları dolub-daşır.

Ölkəmizdə qızıla həm də ehtiyatda olan gəlir mənbəyi kimi baxılır. Ancaq Qərb ölkələrində qızıldan asılılıq sıfır səviyyəsindədir və bu əşyalar onlar üçün heç bir əhəmiyyət daşımır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar