Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlar Xalq artistinin yaxın qohumları imiş - Foto

Oktyabrın 25-də saat 8:50-də Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlar Xalq artisti Mənsum İbrahimovun yaxın qohumlarıdır...

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində idarəetmədən çıxaraq aşan “Kia Sorento” markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimov Xalq artistinin qardaşıdır.

Qeyd edək ki, hadisə nəticəsində sürücü ilə yanaşı, həyat yoldaşı Səbinə Vaqif qızı İbrahimova və oğlu, 13 yaşlı Ayxan İbrahimli müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən, Z.İbrahimovun qayınanası, 1947-ci il təvəllüdlü, Ağdam rayon sakini Məlahət Əli qızı Rəhimova isə vəfat edib.

Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin xatirəsinə həsr edilmiş filmin təqdimatı olmuşdu. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

İsrafil İbrahimov şəhadətindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar