Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı konqresmen ABŞ və İsraili müharibə cinayətlərində ittiham edib

Demokrat konqresmen Rəşidə Tlaib İsrailin Qəzza zolağındakı "Əl-Əhli" xəstəxanasına hücumda iştirakını şübhə altına alıb və BMT-nin müstəqil təhqiqatına çağırıb...

Poliqon Fox News telekanalına istinadən xəbər verir ki, Tlaibin sözlərinə görə, ABŞ və İsrail hökumətləri müharibələr və müharibə cinayətləri haqqında ictimaiyyəti çaşdırmaqda "uzun tarixə" malikdir.

Tlaib bildirib ki, media və müstəqil analitiklər həm İsrail, həm də Qəzza Səhiyyə Nazirliyinin Əl-Əhli xəstəxanasına hücumu kimin həyata keçirməsi ilə bağlı təqdim etdikləri sübutlara artıq şübhələrini bildiriblər. Konqresmen hesab edir ki, BMT-nin təkid etdiyi müstəqil araşdırmanı aparmaq lazımdır.

"Mən İsrailin məsuliyyəti inkar etməsini birmənalı olaraq fakt kimi qəbul edə bilmərəm. Xüsusən də Ümumdünya Səhiyyə Təşkilatının İsrailin Qəzza zolağında çoxsaylı tibb müəssisələrini bombaladığını təsdiqləməsi və Fələstin Qızıl Aypara Cəmiyyətinin İsrail hərbçilərinin davam edən təhdidləri ilə bağlı hesabatları fonunda..., deyə konqresmen bildirib.

O qeyd edib ki, həm İsrail, həm də ABŞ hökumətləri ictimaiyyəti müharibələr və müharibə cinayətləri haqqında çaşdırmaq üzrə uzun və sənədləşdirilmiş tarixə malikdir.

O həmçinin HƏMAS tərəfindən saxlanılan girovların xilas edilməsi səylərinin dayandırılmamasına çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar