Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda antiterror tədbirləri zamanı yaralanmış leytenant Qazaxda izdihamla qarşılandı- Fotolar

Bildiyimiz kimi, sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumları nəticəsində mülki vətəndaşlarımız və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları həlak olublar...

Ona görə də bu təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edən və hüquqi əsasını formalaşdıran müddəalar isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində aydın şəkildə ifadə olunub.

Azərbaycan Ordusu tərəfindən başladılan lokal xarakterli antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ayaq nahiyəsindən yaralanan Qazax rayonu aşağı Əksipa kənd sakini Tağım komandiri, leytenant Həsənov Aslan Front oğlu Bakıda müalicə aldığı Hospitaldan bu gün doğma yurdu Qazaxa dönüb.

23 günlük müalicədən sonra evinə dönən leytenant Həsənov Aslanın dönüşü əsl bayram ab-havası yaradıb. Böyükdən-kiçiyə hər kəs Aslanın yaşadığı evinin qarşısına gələrək onu qarşılayıb.

Daha sonra ayağının altında qurbanlar kəsilib və valideynlərinə göz aydınlığı verilib.

 

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

Husilər Britaniya, İsrail və ABŞ-la əlaqəli dörd gəmiyə hücum ediblər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar olub

Ən çox oxunanalar