Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın məntiqi - Sülhməramlıların qalması üçün erməniləri yenidən Qarabağa qaytarmaq...

Rusiya erməniləri Qarabağa qaytararaq sülhməramlıların Azərbaycan ərazisində qalmasını uzatmaq istəyir...

Politoloq: “Rusiya sülhməramlıları qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində funksiyaları və onların yerinə yetirdikləri rol ilə bağlı müzakirələrə ehtiyac yaranıb”.

“Nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyət orqanları Qarabağda mərhələ-mərhələ öz fəaliyyətlərinə başlayırlar. Buna görə də, Rusiya sülhməramlılarının həm fəaliyyət sferası məhdudlaşır, həm də onların məsuliyyət daşıdığı məsələlərin əhatəsi daralır”.

Bu sözləri politoloq Zaur İbrahimli erməniləri yenidən Qarabağa qaytarma ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.

Sirr deyil ki, Rusiya erməniləri Qarabağa qaytararq sülhməramlıların Azərbaycan ərazisində qalmasını 2030-cu ilə qədər uzatmaq istəyir. Bunu Lavrov da açıq mətnlə ifadə etdi. Putin də sabah Bişkekdə İlham Əliyevlə məhz bu məsələni müzakirə edəcək.

Sırf Rusiya sülhməramlılarının Qarabağda qalma bilməsi üçün erməniləri yenidən Qarabağa qaytarmaq nə qədər məntiqlidir və Azərbaycan vətəndaşlığını qəbul etsələr belə, Qarabağa qayıdan ermənilərin yenidən separatizmlə məşul olmayacaqları, eyni zamanda Moskvanın da yenə onları dəstəkləməyəcəyinin hansısa təminatı varmı?

Rusiyanın yeni Qarabağ erməniləri “dərdi”ni Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Azərbaycan 2025-ci ilə qədər Rusiya sülhməramlılarının yeni rolunu müəyyən edəcək”.

Rusiya ilə danışıqlarda Azərbaycanın milli maraqlarından kənar hər hansı bir məsələnin müzakirə olunmayacağını vurğulayan politoloq Poliqon-a açqıalamasında qeyd edib ki, Azərbaycan heç bir güzəştə getməyəcək. Əksinə Azərbaycanın maraqları nəzərə alınacaq:

“Hazırda doğrudan da Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində funksiyaları və onların yerinə yetirdikləri rol ilə bağlı müzakirələrə ehtiyac yaranıb. Hal-hazırda AzərbaycanRusiya arasında bu cür müzakirələr davam etdirilir. Bişkekdə bu məsələ ilə bağlı iki ölkənin prezidentləri səviyyədə danışıqlar aparılacaq.

Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərinə qədər Rusiya sülhməramlı qüvvələri “seperatçıların şərti nəzarətində olan ərazilər ilə” Azərbaycanın nəzarət etdiyi ərazilər arasındakı təmas xəttini qoruyurdu. Eyni zamanda, onlar Laçın dəhlizi vasitəsilə nəqliyyatın hərəkətini müşahidə edirdilər və təhlükəsizliyi təmin edirdilər. İndi isə vəziyyət dəyişib və Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini bərpa edib. Belə bir şərait də Rusiya sülhməramlılarının çərçivəsi müəyyən olunmalı, mandatı müəyyənləşməlidir.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyət orqanları Qarabağda mərhələ-mərhələ öz fəaliyyətlərinə başlayırlar. Buna görə də, Rusiya sülhməramlılarının həm fəaliyyət sferası məhdudlaşır, həm də onların məsuliyyət daşıdığı məsələlərin əhatəsi daralır. Sual oluna bilər ki, indiki mərhələdə Rusiya sülhməramlılarına ehtiyac varmı? Əlbəttə, var. Çünki Rusiya sülhməramlı qüvvələrinin bu bölgədə fəaliyyəti ermənilərin uydurduğu təmizləmə ittihamından qorunmağa imkan verir. Eyni zamanda, hələlik dünya bildiklərini inandırmalıyıq ki, hər hansı bir sülhməramlı missiya olmadan da, Azərbaycan özü Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə cavabdeh ola bilir. Hələlik bu proses davam edir və Azərbaycan reinteqrasiya tədbirlərini intensiv şəkildə tətbiq edir.

Zaur İbrahimli: “Biz hər zaman ermənilərinin bir hissəsinin Qarabağa qayıtmasına hazır olmalıyıq”.

Başqa sual meydana çıxır ki, nəzərə tutulmuş müddətdən, yəni 2025-ci ildən sonra Rusiya sülhməramlılarına bölgədə ehtiyac olacaqmı? Bunu indidən demək tezdir. Bu reinteqrasiya tədbirlərinin həyata keçirilməsindən asılıdır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan daha əlverişli mövqedədir. Əminəm ki, Rusiya ilə danışıqlarda Azərbaycanın milli maraqlarından kənar hər hansı bir məsələ müzakirə oluna bilməz. Azərbaycan heç bir güzəştə getməyəcək. Əksinə Azərbaycanın maraqları nəzərə alınacaq.

Düşünürəm ki, Azərbaycan 2025-ci ilə qədər Rusiya sülhməramlılarının yeni rolunu müəyyən edəcək. Bəli, Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarına etibar etmir və onların indiyə qədərki fəaliyyəti Azərbaycan cəmiyyətini qane etməyib. Amma Azərbaycan indi bütün ərazilərə özü nəzarət etdiyi üçün Rusiya sülhməramlıları mandatlarından kənara çıxa bilməyəcəklər.

Qarabağ ermənilərin qayıtması ilə bağlı deyə bilərəm ki, insanlıq əleyhinə cinayətlərdə törədənlər, Azərbaycan konstitusiyasına qarşı çıxanlar oraya geri dönə bilməzlər. Digər hallarda, beynəlxalq hüquq imkan verir ki, keçən ermənilər geri qayıda bilsinlər. Hal-hazırda ermənilərin Qarabağa qayıtmasına Rusiyanın effektli imkanları yoxdur. Çünki Qarabağdan köçənlər Yerevanda məskunlaşdırıldı. İrəvanla Moskva arasında da açıq qarşıdurma müşahidə olunur. Ancaq biz hər zaman ermənilərinin bir hissəsinin Qarabağa qayıtmasına hazır olmalıyıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar