Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çexiya prezidenti bu ölkələrin tez zamanda Aİ-yə qəbulunu istəyir

Çexiya prezidenti Petr Pavel bildirib ki, Avropa İttifaqı (Aİ) öz təhlükəsizliyini effektiv şəkildə təmin etmək üçün qaçılmaz olaraq genişlənməlidir...

Poliqon xəbər verir ki, bu barədə Pavel Çexiya televiziyasına açıqlamasında bildirib. Çexiya prezidenti qeyd edib ki, təhlükəsizliyin təminatı üçün, Gürcüstan, Ukrayna, Moldova və bir sıra birliyə namizəd olan digər dövlətlər Aİ-yə üzv olmalıdır. Bunun əlaqədar Pavel Aİ-yə daxil olmaq üzrə danışıqları intensivləşdirməyə çağırıb.

"Yeni geosiyasi imperativ genişlənmənin yeni dinamikası tələb edilir", deyə Pavel bildirib.

Çexiya prezidenti əmindir ki, yaxın gələcəkdə Qərbi Balkanlar, Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə inteqrasiyasını başa çatdırmaq lazımdır. Siyasətçinin fikrincə, Avropa İttifaqının özünün buna hazırda Aİ üzvlüyünə namizədlərdən daha çox ehtiyacı var.

Peter Pavel vurğulayıb ki, Aİ şəffaf və əldə edilə bilən üzvlük meyarları və ya namizəd ölkələrin üzvlük prosesi üçün aydın qrafik yaratmalıdır. Çexiya prezidenti hesab edir ki, yeni dövlətlərin alyansa daxil olması demokratiyaların təhlükəsizliyini və sabitliyini təmin edəcək.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Avropa İttifaqının genişləndirilməsinin zəruriliyindən danışıb. Onun fikrincə, Aİ artıq 10 yeni ölkənin qəbulu üçün hazırlıqlara başlamalıdır.

Hazırda 7 ölkə Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizəddir. Onların arasında Albaniya, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro var. Ukrayna Avropa İttifaqına üzv olmaq üçün sənədləri 2022-ci ilin fevral ayının sonunda təqdim edib və ərizə iyun ayında təsdiqlənib. Gürcüstanın hazırda Aİ üzvlüyünə namizəd statusu yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay