Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın xanımı profil fotosuna görə tənqid olundu

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tənqidlərə məruz qalıb...

Poliqon xəbər verir ki, buna onun rəsmi feysbuk hesabında profilinə yerləşdirdiyi yeni foto səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri birləşmələrinin süqut etdiyi, İrəvanda yüzərlə etirazçının döyüldüyü, həbs olunduğu bir məqamda Akopyanın gülümsəməsi onun sosial şəbəkələrin Ermənistan seqmentində linç edilməsi ilə nəticələnib.

Sadəcə, etik qaydalara sığan bir neçə reaksiyanı təqdim edirik:

“Şərhlər bizim üçün qapalıdır, amma mən başa düşmək istəyirəm, bu qədər gülməli və razı simaya sahib olmağın səbəbi hansı hadisədir?” 

“Məhv olmaq ərəfəsində olan ölkənin “birinci xanımı”na başqa nə deyə bilərsiniz?”

“Bu rəzilliyin həddi-hüdudu yoxdur... Təbii ki gülümsəyəcəksiniz”.

“Bu qadının kimə və nəyə güldüyünü kim izah edə bilər, onun xoşbəxtliyinin səbəbi nədir? İnsan nə qədər həyasız olmalıdır ki, bu taleyüklü məqamda belə bir şeyə yol verir”.

“İnsan və heyvan yaddaşa görə ayrılır. Yaddaşın varsa, deməli, yanırsan, insansan, narahatsan, yaddaşın yoxdursa, deməli, açıq sahədə otlayan inəksən”.

“Bir ana, erməni, Ermənistan rəhbərinin arvadı necə bu cür davrana bilər? Bu, həqiqətən də cismani şeytandır”.

“Bir az təmkinli olmaq olardı, heç olmasa bu dəqiqə belə xoşbəxt gülümsəmək üçün heç bir səbəb yoxdur”.

“Bu bizim reallığımızdır... Necə də xoşbəxtik, çəhrayı dodaq boyası əhval-ruhiyyəsindəyik. Sadəcə iyrəncdir”. (Qafqazinfo.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar