Cümə axşamı, 30 Noyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün iki güləşçimiz Olimpiadaya lisenziya qazana bilər

Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi dünya çempionatında mübarizəyə qoşulacaq...

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Millinin heyətində Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar.

63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədovun 1/8 finaldakı rəqibi hələlik bəlli deyil.

Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatda Viorel Burduya (Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda bu məhdudiyyətlər aradan qaldırıldı

Qardaşını istirahət mərkəzinə görə öldürən şəxslə bağlı qərar elan edildi

Metrodan çıxarkən vəfat edən kişi məşhur müğənninin atası imiş - Yenilənib + Foto

Şahruddindən Şeydayevin döyülməsinə zarafatyana reaksiya - Foto, Video

Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir?

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir - Yeni qadağalar gəlir

Bakıda yaşayış binası acınacaqlı vəziyyətdədir - Fotolar

Əfsanə Cəfərovaya hökm oxundu: "Qaynanam 10 dəqiqə müqavimət göstərdi..." - Təfərrüat - Video

Murtuza Muxtarov: Həyat yoldaşı üçün saray tikdirdi, Stalin və dəstəsi sərvətini ələ keçirməyə çalışdı - Video

"Qalatasaray" İstanbulda "Mançester Yunayted"lə heç-heçə edib

Bakıda təhlükə: Yaşayış binasına mərtəbələr artırılır - Foto

Ən çox oxunanalar