Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib - Yenilənib

Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib...

Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirləri ilə bağlı növbəti brifinq keçirib.

Poliqon-un xəbərinə görə, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov antiterror tədbirləri barədə məlumat verib.

Bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb. Qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirilib.

A.Eyvazov qeyd edib ki, silah-sursatı tükənən erməni silahlıları döyüş meydanını tərk ediblər.

Nazirlik rəsmisi əlavə edib ki, bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib. Hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir
A.Eyvazov, həmçinin vurğulayıb ki, bəzi sosial media hesablarında orduya dəstək adı altında pul və yardım istənilməsi ilə bağlı vətəndaşlara çağırışlar olunur: "Müraciət edirik ki, vətəndaşlar belə çağırışlara heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması təşkil edilir. Bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir".

***

Poliqon-un xəbərinə görə, nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov antiterror tədbirləri barədə məlumat verir.

Poliqon.info


Etiket: Brifinq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar