Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Koreya, Çin və Yaponiya üçtərəfli əməkdaşlığı bərpa edirlər

Cənubi Koreya, Çin və Yaponiya sentyabrın 26-da üçtərəfli əməkdaşlığı müzakirə edəcəklər...

Cənubi Koreya Respublikası, Çin və Yaponiya üçtərəfli əməkdaşlığı, o cümlədən üç ölkənin sammitinin keçirilməsi imkanlarını müzakirə etmək üçün sentyabrın 26-da Seulda yüksək vəzifəli şəxslərin görüşünü keçirməyi planlaşdırır.

Poliqon Yonhap Agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə Cənubi Koreyanı xarici işlər nazirinin köməkçisi Çon Byon Von, Yaponiyanı Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya departamentinin rəhbəri Takehiro Funakoşi, Çini isə Çinin xarici işlər nazirinin köməkçisi Nonq Ronq təmsil edəcək.

“Üç dövlətin nümayəndələri yüksək səviyyəli görüşdə üçtərəfli əməkdaşlıq üzrə məşvərətçi orqanla bağlı məsələləri müzakirə edəcək, üçtərəfli əməkdaşlığın hazırkı vəziyyətini qiymətləndirəcək və onun gələcək inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparacaqlar”, deyə XİN-in mətbuat xidmətindən bildirilib. .

Bundan əlavə, nazirlik rəsmisi bildirib ki, tərəflər 2023-cü ildə üçtərəfli sammitin keçirilməsi imkanını müzakirə edəcəklər.

“Hazırda üçtərəfli sammit müzakirə olunur, məqsəd sammiti bu il keçirməkdir”, deyə Cənubi Koreya diplomatı qeyd edib. O, bu məsələyə həsr olunmuş xarici işlər nazirləri səviyyəsində görüşün təşkil olunacağını istisna etməyib.

Qeyd edək ki, ÇXR, Cənubi Koreya Respublikası və Yaponiyanın üçtərəfli sammiti ilk dəfə 2008-ci ildə keçirilib, səkkiz belə görüş təşkil edilib, sonuncusu isə 2019-cu ildə olub. Format Seul və Tokio arasında məcburi əmək qurbanlarına təzminat ödənilməsi ilə bağlı fikir ayrılıqları, eləcə də pandemiya səbəbindən dayandırılıb. 2022-ci ildə Cənubi Koreya Respublikasında yeni prezident Yun Syok Yöl hakimiyyətə gələndən bəri Yaponiya ilə ikitərəfli əlaqələrdə istiləşmə müşahidə olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay