Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şotlandiyalı hakim 4-cü dəfə “Qarabağ”ın oyununu idarə edəcək 

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın Norveç “Molde”si ilə keçirəcəyi oyuna təyinat alan Con Biton 4-cü dəfə Ağdam klubunun matçını idarə edəcək...

“Report”un məlumatına görə, şotlandiyalı referi daha əvvəl 3 dəfə məhz bu turnirdə Azərbaycan komandasının səfər görüşündə ədaləti qoruyub.

41 yaşlı Biton son olaraq 2020/2021 mövsümünün qrup mərhələsində İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə səfər görüşündə iş başında olub. I tura təsadüf edən həmin qarşılaşmada israillilər 1:0 hesablı qələbə qazanıblar. Şotlandiyalı hakim Azərbaycan təmsilçisinin heyətində Kevin Medina, Vild-Donald Gerye, Filip Ozobiç və Patrik Andradeyə sarı vərəqə göstərib.

Ən çox diqqət çəkən 2019/2020 mövsümünün qrupunda Lüksemburqda “Düdelanj”la matç olub. Görüş Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” sözügedən oyunda erməni təxribatı ilə də üzləşib. Qarşılaşmanın birinci hissəsində qondarma qurumun “bayrağı” dronla stadiona gətirilib. Oyunun 62-ci dəqiqəsində isə lüksemburqlular meydanda azlıqda qalıblar.

Bitonun “Qarabağ”la yolu ilk dəfə 2016/2017 mövsümündə kəsişib. O, yenə qrup mərhələsində, bu dəfə PAOK-la Yunanıstanda gerçəkləşən qarşılaşmasının baş hakimi olub. Ağdamlıların 1:0 hesabı ilə qalib gəldikləri matçda Maksim Medvedev sarı vərəqə alıb.

O, 2014-cü ildə AVRO-2015-in seçmə oyununda U-19 yığmamızın evdə Macarıstanla 1:1 hesablı heç-heçə etdiyi görüşdə iş başında olub. Biton 2019-cu ildə U-21 komandamızın Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu matça da təyinat alıb.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” görüşü saat 20:45-də başlayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar