Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: İsveç NATO-ya üzv olmaq üçün kifayət qədər addımlar atmır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, İsveç hakimiyyəti ölkənin NATO-ya üzv olması üçün kifayət qədər addımlar atmır...

Poliqon xəbər verir ki, Türkiyə prezidenti bu barədə Amerikanın PBS televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Stokholm terrorla kifayət qədər mübarizə aparmır:

“Ankara hələ də “terrorçuların Stokholm küçələrində hərəkət etdiyini” görür”, deyə Ərdoğan vurğulayıb.

Terkiyə prezidenti qeyd edib ki, NATO-ya üzv olmaq üçün İsveç verdiyi vədləri yerinə yetirməlidir.

“Terror təşkilatları Stokholm küçələrində öz nümayişlərini və aksiyalarını dərhal dayandırmalıdır. Bunun həqiqətən baş verdiyini görmək türk xalqı üçün çox əhəmiyyətli olacaq. İsveç, deyəsən, qanunvericiliyi dəyişib, lakin bu, kifayət deyil”, deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Xatırladaq ki, İsveç parlamenti ölkənin Şimali Atlantika Alyansına daxil olmasını rəsmi olaraq martın 22-də, Finlandiya parlamenti isə martın 1-də analoji qərar qəbul edib. Finlandiya aprel ayında rəsmi olaraq NATO-ya qəbul edilib.

Alyansın rəhbərliyi İsveçin bu payızda onun üzvü olacağını gözləyir, lakin ölkənin NATO-ya daxil olması Macarıstan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənməlidir. Sonuncu Finlandiya və İsveçin alyansa qoşulması üçün 10 şərt irəli sürüb. Əsas şərtlərdən biri Türkiyədə terrorçu sayılan Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstək verməkdən imtina idi.

Gözlənilir ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsinə oktyabrda baxa bilər. Ərdoğan Türkiyənin NATO-ya daxil olması ilə bağlı öz fikrinin olduğunu, lakin son qərarı yalnız türk millət vəkillərinin verməli olduğunu və “bunu özbaşına edəcəklərini” deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

Türkiyədə qədim dövrə aid Skilla heykəl nümunələri tapıldı - Fotolar 

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay