Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Qərb şirkətlərinin Rusiyada qazandığı 18 milyard dolları bloklayıb

Rusiya hakimiyyəti Qərb şirkətlərinin 2022-ci ildə Rusiyada qazandığı 18 milyard dolları bloklayıb...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri Kiyev İqtisadiyyat Məktəbinin məlumatlarına istinadən məlumat yayıb.

KİM-nin məlumatına görə, ötən il, Rusiyada Amerika şirkətləri 4,9 milyard dollarla ən böyük ümumi mənfəət əldə ediblər. Onları Almaniya (2,4 milyard), Avstriya (1,9 milyard) və İsveçrə şirkətləri (1 milyard) izləyir.

Tədqiqatçıların fikrincə, 2022-ci ildə Avstriyanın “Raiffeisen” bankı Rusiyada ən böyük gəliri əldə edib və 2 milyard dollar qazanıb. Amerika şirkətləri “Philip Morris” və “Pepsi Co” müvafiq olaraq 775 və 718 milyon dollar qazanıblar. İsveç yük maşını istehsalçısı “Scania” Rusiyada 621 milyon dollar gəlir əldə edib və müharibə başlayandan sonra ölkəni tərk edənlər arasında ən gəlirli şirkət olub. (Scania 2022-ci ilin sentyabrında Rusiyadan çıxdığını elan edib).

Kiyev İqtisadiyyat Məktəbinin direktor müavini Andrey Onoprienkonun sözlərinə görə, 2022-ci ildən sonra bəzi Qərb şirkətlərinin mənfəəti Rusiyada əhəmiyyətli dərəcədə artıb, lakin bunun nə qədər olduğunu dəqiq hesablamaq mümkün deyil.

Nəşr qeyd edir ki, Qərb şirkətlərinin BP-dən “Citigroup”a qədər gəlirləri Rusiyada 2022-ci ildə “dost olmayan” ölkələrin şirkətlərinə dividendlərin ödənilməsinə qadağa tətbiq edildikdən sonra bloklanıb. Qəzet qeyd edir ki, bu cür əməliyyatlar müstəsna hallarda təsdiqlənə bilər, lakin belə icazələr azdır.

Rusiyada Qərb şirkətlərininon milyardlarla dollar vəsaiti ilişib qalıb. Onları çıxarmaq üçün heç bir yol yoxdur”, deyə Rusiyada “qeyri-dost” sayılmayan bir ölkədə qeydiyyatdan keçmiş böyük bir şirkətin rəhbəri FT-yə bildirib.

FT-nin məlumatına görə, bəzi şirkətlər hələ də vəsaitlərin bir hissəsini Rusiyadan çıxara biliblər. Amerikanın “Mars” qrupunun Rusiyadakı törəmə şirkəti, hesabatlara görə, 2022-ci ildə ana şirkətinə dividendlərin 56,1%-ni “borclarına qarşı kompensasiya edərək ödəyib.

Rusiyanı tərk etməyən yeganə böyük tütün şirkəti olan “Japan Tobacco International”ın Rusiya bölməsi yeganə səhmdarı olan JTI Almaniyaya 180 milyon dollar ödəyib, bu məbləğin 20%-i Ukraynanın işğalından sonra ötürülüb. Şirkət FT-yə ödənişləri 2021-ci ildəki mənfəətindən etdiyini bildirib.

Financial Times qeyd edir ki, Rusiya “dost” ölkələrdən vəsait və şirkətlərin çıxarılmasına mane olur. Belə ki, Hindistanın neft sənayesinin yüksək səviyyəli nümayəndəsi Rancit Rath nəşrə bildirib ki, Hindistanın enerji şirkətləri təxminən 400 milyon dollar dividendləri vətənə qaytara bilmirlər. Hindistanda fəaliyyət göstərən iri rus şirkətinin direktoru bu cür hərəkətləri Rusiya neftinin böyük həcmdə ixracının Hindistanda ilişib qalmasına cavab adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar