Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hazırda beş mindən çox məhkum elektron qolbaq daşıyır 

Hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 5 000-dən çox şəxs elektron qolbaq daşıyır və onların üzərində fasiləsiz probasiya nəzarəti həyata keçirilir...

Bu barədə Ədliyyə Nazirliyi Probasiya xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunan müşavirədə bildirilib.

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit edilib, probasiya institutu təsis olunub.

Nazir görülmüş işlərlə yanaşı, probasiya fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsini, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini diqqətə çatdıraraq xidməti vəzifələrinin icrasında pozuntulara, o cümlədən xidmətdənkənar münasibətlərə və korrupsiyaya şərait yaradan hallara yol verən əməkdaşlarla bağlı görülən ciddi intizam tədbirlərinə toxunub. İşin səmərəli təşkili, nizam-intizamın möhkəmləndirilməsi və işçilərin məsuliyyət hissinin yüksəldilməsi məqsədilə nazirlik tərəfindən Monitorinq qrupunun yaradıldığını bildirib.

Müşavirədə bu sahədə iş yükünün çoxalması nəzərə alınaraq Xidmətin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib, qurumun yeni rəis müavini vəzifəsinə təyinat aparıldığı qeyd olunaraq tabe qurumların fəaliyyətinə nəzarətin, əməli və metodiki köməkliyin gücləndirilməsi, şəffaflığın və tələbkarlığın artırılaraq aşkar olunan nöqsanlara prinsipial münasibət bildirilməsi ilə bağlı konkret göstərişlər verilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Ermənistanın Rusiyanın orbitindən qopma cəhdlərində Moskvanın “qırmızı xətt”i harada başlayıb, harada bitir?

AVRO-2024: Avstriya hesab arasındakı fərqi azaldıb - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar olub

Ən çox oxunanalar