Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Şahramanyanı təyinatı “Qarabağ klanı”nın Paşinyan üzərində ən əhəmiyyətli “qələbəsi”dir...

Bu gün Qarabağ separatçılarının lideri İstefasını təqdim edib. Dünən isə o, istefadan əvvəl Samvel Şahramanyanı terrorçu qruplaşmanın başına keçirib...

Siyasi-şərhçi: “Arutunyanı Samvel Şahramanyanın əvəz etməsi Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına mənfi təsir göstərəcək”.

“Məhz Arutyunyan getməsi və Qarabağ klanının yenidən Qarabağda hakimiyyətə gəlməsi, Qarabağ ermənilərində də ruh yüksəkliyi formalaşdırıb. Belə olan halda, əlbəttə ki, onlar Azərbaycanla reinteqrasiya getməyəcəklər”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Qarabağ klanının baş verən dəyişlikli Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Qarabağdakı erməni separatizminin lideri Arayik Arutyunyan istefa verdiyini açıqlayıb və bu gün istefaslnlı reallaşdıracağını bildirib. İstefa verməmisşdən əvvəl Arutunyan Samvel Şahramanyanı terrorçu qruplaşmanın başına keçirib.

Bəs Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına bu dəyişiklik necə təsir edəcək?

Samvel Şahramanyan təyinatını Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Təsadüfi deyil ki, məhz daşnakların Qarabağ erməniləri arasında hakimiyyətə gəlməsindən sonra Livanda daşnaklar tərəfindən səfirliyə hücum oldu”.

“Arutunyanı Samvel Şahramanyanın əvəz etməsi Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına mənfi təsir göstərəcək. Çünki bu 2018-ci ildən sonra Qarabağ klanının Ermənistanda və Qarabağda ən əhəmiyyətli “qələbəsidir”. Nə qədər olsa Arayik Arutyunyan Paşinyanın Qarabağda uzantısı idi və onun dəstəyi ilə seçilmişdi.

Hal-hazırkı dövrdə Samvel Şahramanyan Qarbağlıların keçmiş lideri Bako Saakyan və Arkadi Qukasyan, eyni zamanda onlarla biləndə olan Vardanyanın kompromist hüququdur. Onu da nəzərə almaq lazımdır ki, onlar daşnaklarla bir yerdə hakimiyyəti bölürlər. Yəni, bu hər iki qrup Azərbaycanla bağlı ən radikal qruplardır.

Təsadüfi deyil ki, məhz daşnakların Qarabağ erməniləri arasında hakimiyyətə gəlməsindən sonra Livanda daşnaklar tərəfindən səfirliyə hücum oldu. Həmçinin ABŞ-da daşnaklar fəallaşıb. Qarabağ klanı da indi hər vəchlə çalışacaq bu uğuru davam etdirsin və Ermənistanda öz mövqelərini bərpa etsinlər.

Fərhad Məmmədov: “Qarabağda, ümumiyyətlə Ermənistanla olan münasibətlərdə də, gərginliyin artırılmasını proqnozlaşdırmaq olar”.

O da təsadüfi deyil ki, Araik Arutunyanın istefa məsələsi təxminən iki həftə ərzində müzakirə olunurdu. Məhz 2 sentyabra İrəvanda mitinq təyin olunub. Bu da təsadüfi deyil. Köçəryan və Sərkisyan həmin mitinqdə iştirak etməyə qərar verib. Halbuki, onlar uzun müddət İrəvanda keçirilən etiraz aksiyalarında iştirak etmirdilər.

Məhz Arutyunyan getməsi və Qarabağ klanının yenidən Qarabağda hakimiyyətə gəlməsi, Qarabağ ermənilərində də ruh yüksəkliyi formalaşdırıb. Belə olan halda, əlbəttə ki, onlar Azərbaycanla reinteqrasiya getməyəcəklər. Çünki onlar bu istiqamətdə addım atsalar, birinci daşnaklarla münasibətləri korlanacaq, ikinci Ermənistanda onların gündəliyində olan mövzu əllərindən alınacaq. Belə olan halda da, Qarabağda, ümumiyyətlə Ermənistanla olan münasibətlərdə də, gərginliyin artırılmasını proqnozlaşdırmaq olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Xalq artistinin səhhətində problem yarandı: Əməliyyat olundu

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Ən çox oxunanalar