Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam-Xankəndi yolunda erməni-rus insidenti... - Ruslar özlərini niyə müdafiə edə bilmir?

Ermənilər Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarının maşınında azərbaycanlı olduğunu iddia edərək onlara hücum ediblər...

Siyasi-şərhçi: “Əgər ermənilər Rusiya sülhməramlılarının üzərinə gediblərsə, onlar ancaq özlərini müdafiə edə bilərlər”.

“Görünən odur ki, indiki mərhələdə Azərbaycan tərəfi xaricdən olan ermənilərin havadarlarının nə edə biləcəklərini yoxlayır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Ağdam-Xankəndi yolunda yaşanan insidenti Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ağdam-Xankəndi yolunda ermənilər Rusiya sülhməramlılarının maşınında azərbaycanlı olduğunu iddia edərək onlara hücum ediblər. İnsident zamanı Rusiya sülhməramlılarının davranışlarını, o cümlədən ermənilərin qanunsuzluqları qarşısında geri çəkilməsini necə dəyərləndirmək olar? Azərbaycan Ağdam-Xankəndi yolunda qayda-qanun yaratmalıdırmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Bütün bunların hamısı Rusiya sülhməramlılarının mandatının olmaması ilə şərtlənir”.

Orada həmin insanların sənədlərini yoxlamaq üçün Rusiya sülhməramlılarının hüququnun olmadığını xatırladan ekspert vurğulayıb ki, Rusiya sülhməramlıları bunu edir:

“Əvvəla qeyd edim ki, Qarabağdakı Rusiya sülhməramlılarının davranışları üçün qaydalar, mandat yoxdur. Əgər ermənilər Rusiya sülhməramlılarının üzərinə gediblərsə, onlar ancaq özlərini müdafiə edə bilərlər. Onlar özünümüdafiə etməyiblərsə, bu da Rusiya sülhməramlılarının öz üzərinə buraxılıb.

İkincisi orada həmin insanların sənədlərini yoxlamaq üçün Rusiya sülhməramlılarının hüquqi yoxdur. Lakin Rusiya sülhməramlıları bunu edir. Bütün bunların hamısı Rusiya sülhməramlılarının mandatının olmaması ilə şərtlənir. Bu da ümumi baxışda Azərbaycanın marağındadır.

Fərhad Məmmədov: “Onları tam dəqiq anlayanda və onlara qarşı tam dəqiq addımlar atılandan sonra Azərbaycan da öz hərəkətlərini həyata keçirəcək”.

Ümumiyyətlə, Azərbaycan bütün bölgədə qayda-qanun yaratmalıdır. Görünən odur ki, indiki mərhələdə Azərbaycan tərəfi xaricdən olan ermənilərin havadarlarının nə edə biləcəklərini yoxlayır. Yəni, 2025-ci ildə nə edə biləcəklərsə, indi edirlər. Bunun da bir müddəti var. Onları tam dəqiq anlayanda və onlara qarşı tam dəqiq addımlar atılandan sonra Azərbaycan da öz hərəkətlərini həyata keçirəcək.

Bir məsələni anlamaq lazımdır ki, Azərbaycanın atdığı addımların hər biri birinci beynəlxalq hüquqa, ikincisi də daxili qanunvericiliyə əsaslanır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar