Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya çempionatı: Ukraynadan olan atıcı qızıl medal qazanıb

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında bu günün ikinci yarısında keçirilən yarışlar Ukrayna və Qazaxıstan komandaları üçün uğurlu olub...

"Report" xəbər verir ki, kişilər və qadınlar arasında 10 metr məsafəyə hərəkətli hədəfə atəş açma növündə yarışlar keçirilib.

Kişilərin yarışında “qızıl” uğrunda həlledici yarışda Ukrayna atleti İqor Kizima Almaniyadan olan həmkarı Kris Qrossheymi 6:3 hesabı ilə məğlub edib. Nəticədə İqor qızıl, Kris gümüş medala yiyələnib. Bürünc medal uğrunda mübarizədə Koreya atleti Yin You Jeonq Çexiya idmançıcı Berdix Conası 6:2 hesabı ilə udaraq üçüncülüyü əldə edib.

Bu növdə kişilərin komanda yarışına gəlincə, Ukrayna birinci, İsveç ikinci, Finlandiya üçüncü olub.

Qadınların yarışını izləyənlər maraqlı səhnəyə tamaşa edib. Qızıl medal uğrunda Qazaxıstandan olan atıcılar, “bürünc” uğrunda Ukraynanı təmsil edən atletlər yarışıb.

Zuxra İrnazarova həmyerlisi Aleksandra Saduakassovanı 6:3 hesabı ilə udaraq “qızıl”ı bayram edib. Ukraynalıların duelində Qalina Avramenko Viktoriya Ribovalovanı çətinliklə məğlub edərək (7:5) “bürünc”ü aktivinə yazıb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Rusiyada Vahid Səsvermə Gününün birinci günü keçirilir: qubernator, mer və deputatlar seçilir

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Ən çox oxunanalar