Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib

Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib...

“Report”un məlumatına görə, turnirin son günündə kişilərin yarışında ilk dörd yeri tutan qrossmeysterlər mükafatlandırılıblar.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, FİDE prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər qonaqlar iştirak ediblər.

Mərasim Azərbaycan Dövlət Himni və FİDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra monitorda yarışa həsr olunmuş videoçarx təqdim edilib.

İlk olaraq çıxış edən Fərid Qayıbov Bakının yarışa yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib: "Böyük fəxr hissi ilə yüksək səviyyədə təşkil olunan Dünya Kuboku ilə sağollaşırıq. Nicat Abasov bu yarışda çıxışı ilə bizi çox sevindirdi. Azərbaycana gələn idmançılara təşəkkür edirəm. Onlara görə, yarış parlaq alındı. Xüsusən də, qalibi və digər medalçıları təbrik edirəm. FİDE-yə də təşəkkürümü bildirirəm ki, Dünya Kubokunu Azərbaycana həvalə etdi və yarışın yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni etdi. Həmçinin, federasiyanın prezidenti Mahir Məmmədovu da təbrik edirəm. Hamımız birlikdə yarışın gözəl alınmasına nail olduq".

Daha sonra söz Mahir Məmmədova verilib. O, qonaqları salamladıqdan sonra ürək sözlərini çatdırıb: "Bakıda keçirilən Dünya Kubokunun başa çatdığını demək mənə sevinc, qürur dolu hisslər bəxş edir. Azərbaycan şahmat ictimaiyyəti çox maraqlı görüşlərə tamaşa etdi. Azarkeş baxımından rekord sayda maraq oldu. Nicat Abasovun ilk dörd sırada qərarlaşması sevindiricidir. Turniri bizə həvalə edən FİDE prezidentinə dərin təşəkkürümü bildirirəm. Bizə sadiq tərəfdaş olan Gənclər və İdman Nazirliyinə minnətdaram. Turniri daha rəngarəng edən dəyərli şahmat azarkeşlərinə də təşəkkürümü bildirirəm. Dünya Kubokunun qalibi Maqnus Karlsenin final yolu çox çətin oldu. 2008-ci ildə Karlsen Qran-pri turnirini mərhum Vüqar Həşimovla birlikdə qazanmışdı. Onun parlaq şahmatçı olacağı həmin vaxtdan görünürdü. Maqnusun uğurları hələ gələcəkdədir. Sonda qaliblərə İddiaçılar Turnirində uğurlar arzulayıram".

Həmçinin, nitq söyləyən Arkadi Dvorkoviç təşkilatçılıqdan məmnunluq bildirib: "Dünya Kubokunun ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Dünya Kubokunun burada təşkili Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə baş tutmuşdu. Buna görə, cənab Prezidentə təşəkkürümü bildirirəm. Yarışın Bakıda keçirilməsi azərbaycanlı gənclərin şahmat həyatındakı inkişafına böyük töhfə verəcək. Nicatın uğuru da buna sübutdur. İştirakçılar bu yarışda böyük şou göstərdilər, onların sayəsində həvəskarlar oyunları canlı izləyirdilər. Göstərdikləri feyr-pleyə görə, şahmatçılara minnətdarlığımı bildirirəm. Onlar yaxın aylarda bu Dünya Kuboku ilə bağlı xoş xatirələrini bölüşəcəklər".

Daha sonra qaliblər mükafatlarını alıblar. Norveçli Maqnus Karlsen qızıl medal və Dünya Kubokuna yiyələnibsə, hindistanlı Rameşbabu Praqqnanandha gümüş, ABŞ təmsilçisi Fabiano Karuana bürünc medal qazanıblar. 4-cü yeri tutan azərbaycanlı qrossmeyster Nicat Abasov isə xüsusi mükafata layiq görülüb.

Sonda qalibin şərəfinə Norveç himni səsləndirilib.

Qeyd edək ki, qadınlar arasında Dünya Kubokunu FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina qazanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Xalq artistinin səhhətində problem yarandı: Əməliyyat olundu

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Ən çox oxunanalar