Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Direktorlar İnstitutu Proqramına start verilib

Azərbaycan Müəllim İnkişafı Mərkəzində (AMİM) növbəti Direktorlar İnstitutu Proqramına start verilib...

APA xəbər verir ki, məktəb direktorları, direktor müavinləri, təhsilin idarə olunması məsələlərinə maraq göstərən müəllimlər və digər təhsil mütəxəssislərinin qoşulduğu Proqramın əsas mövzusu “Məktəbin idarə olunmasına muasir yanaşmalar”dır.

Təlimçi əməkdar müəllim Asif Cahangirov bildirib ki, proqram müddətində iştirakçılar beynəlxalq və yerli təcrübə əsasında məktəbdaxili idarəetmənin aktual problemləri və həlli yolları barədə zəruri məlumatlar və səriştələr əldə edəcəklər:

“Proqram ümumilikdə 12 təlim modulu üzrə qurulmuş və əsasən aşağıdakıları əhatə edir. Buraya tədris-təlim prosesinin, müəllimlərin peşəkar inkişafının səmərəli idarə olunması, valideynlərlə əməkdaşlıq və s. sahələr üzrə məktəbdə pozitiv dəstəkləyici mühitin yaradılması, idarəçiliyin başlıca funksiyaları və prinsipləri, liderlik, strateji planlaşdırma və monitorinq, qanunvericilik və məktəbin idarə olunması daxildir”.

Bildirilib ki, bütün məşğələlər interaktiv mühitdə keçiriləcək, iştirakçılar müxtəlif layihələr üzrə iş aparacaq, esselər yazacaq, seçilmiş mövzu üzrə yekun təqdimatla çıxış edəcəklər.

Qeyd edilib ki, iştirakçıların həmin vaxtlarda əsas iş yerlərindən rəsmi icazə almaqlarına köməklik edilir.

Proqram çərçivəsində, həmçinin professor Mayis Əliyev, fəlsəfə doktorları Elmina Kazımzadə, Ülviyyə Mikayılova təlimçi kimi çıxış edəcəklər.

Növbəti Proqrama qoşulmaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər:
+00994502901695

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Ən çox oxunanalar