Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2021-ci ildən bəri Əfqanıstanda BMT-nin 38 əməkdaşı öldürülüb

2021-ci ildən bəri Əfqanıstanda BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin ən azı 38 əməkdaşı həlak olub...

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Daniel Piter Endres bildirib.

Xüsusi nümayəndənin "ToloNews"a verdiyi məlumata görə, ölən əməkdaşlar əsasən uşaqları iflic xəstəliyinə qarşı peyvənd etmək, həmçinin əkin sahələrini minalardan təmizləməklə məşğul olublar. O, işçilərin ölümünün hansı şəraitdə baş verdiyini açıqlamayıb.

Daniel Peter Endres qeyd edib ki, Əfqanıstanda 29 milyona yaxın insan humanitar yardıma ehtiyac duyur. Xüsusi nümayəndənin sözlərinə görə, 2022-ci ildə BMT Bürosu Əfqanıstanın 401 rayonunda 26 milyon vətəndaşa yardım göstərib.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası 28 mart 2002-ci ildə yaradılıb. Təhlükəsizlik Şurası missiyanın mandatını mütəmadi olaraq, ən son 2023-cü ilin martına qədər uzadıb. Missiyanın əsas vəzifələrindən biri vətəndaşlara dəstək olmaq və onlara qarşı zorakılığın qarşısını almaqdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay