Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşada “Vaqner”in işə qəbul haqda elanları peyda oldu - Foto

Polşanın Krakov şəhərində Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin simvolları olan qəribə stikerlər peyda olub...

Stikerlərin üzərində şirkət barədə əlaqə məlumatları qeyd edilib.

“Vaqner”in loqosu olan stikerlərdə işə qəbulla bağlı çağırış və “Vaqner”in saytında daha ətraflı məlumatı əks etdirən QR-kod əks olunub.

Artıq polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

“Əvvəllər oxşar stikerlər Rusiyada peyda olurdu və rusiyalıları Donbasda döyüşməyə çağırırdı. Bu dəfə onlar Krakovda peyda olublar. QR-kod ilə açılacaq səhifənin real olduğuna dair hər hansı zəmanət yoxdur”, - deyə Krakov Şəhər Şurasının deputatı Lukaş Vantux bildirib.

“Vaqner”ə qoşulmaq istəyənlərdən sosial şəbəkələrdəki profillərini silmələri, stomatoloqdan ağız boşluğunun sağlamlığını təsdiq edən sənəd gətirmələri, həmçinin döş qəfəsinin rentgeni tələb olunur. Yaş kateqoriyası isə 24-dən 50-yə qədər göstərilir.
Araşdırmaçı jurnalist və şirkətlərdən birinin təhlükəsizlik üzrə eksperti Roman Osisa qeyd edib ki, bu stikerlər, ehtimal ki, Rusiyanın polyakları qorxutmaq üçün apardığı təbliğat müharibəsinin bir hissəsidir.

“Uzun həftələrdir ki, “Vaqner”çilər bizi inandırmağa çalışırlar ki, onlar artıq Polşadadırlar. Rusiyalılar bizdə çaxnaşma və qorxu yaratmaq istəyirlər. İstisna deyil ki, kimsə Polşada Rusiya ilə əməkdaşlığa hazır olanların izinə düşmək və ya yaxalamaq istəyir”, - deyə ekspert vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay