Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner” muzdluları NATO sərhədlərində Belarus ordusuna qoşulacaqlar

Belarus ordusunun bölmələri NATO ölkələri ilə sərhədlərin yaxınlığında təlimlər keçirəcəklər...

Onları “Vaqner” özəl hərbi şirkətinin muzdluları təlimatlandıracaqlar.

Bu barədə Britaniya Müdafiə Nazirliyi “X” hesabında məlumat verib.

Qeyd edilib ki, Belarus Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, 6-cı Əlahiddə Qvardiya Mexanikiləşdirilmiş Briqadası Belarusun şimal-qərbində, Polşa-Litva sərhədi yaxınlığındakı Qrodno rayonunda təlimlər keçirəcək. Təlimlər Rusiya hərbçilərinin Ukraynada əldə etdikləri təcrübələrini paylaşmaları üçün təşkil olunub.

“Vaqner” qrupundan az sayda məsləhətçinin Belarus qoşunlarına təlimatçı kimi qoşulması gözlənilir”, - deyə məlumatda qeyd edilib.
Britaniya kəşfiyyatının məlumatına görə, xüsusi təlimlər, çox güman ki, Belarus hərbçilərinin müntəzəm təlim cədvəlinin bir hissəsidir. 6-cı Əlahiddə Qvardiya Mexanikiləşdirilmiş Briqadasının baza qarnizonu Qrodnoda yerləşir və çətin ki, hazırkı təlimlər döyüş hazırlığı ilə bağlı olsun.

“Lakin demək olar ki, mütləq şəkildə Rusiya Belarus qüvvələrini NATO-ya qarşı mövqe tutublarmış kimi nümayiş etdirməyə çalışır”, - deyə Britaniya Müdafiə Nazirliyi vurğulayıb.(oxu.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay