Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: Priqojin "Vaqner" üzərində müstəqilliyini itirib

"Vaqner" muzdluları Belarusdakı obyektlərdə mövcudluğunu davam etdirirlər və onların Rusiya Federasiyasına getmə statusu qeyri-müəyyən olaraq qalır...

Poliqon xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir.

Son peyk görüntüləri Tsiladakı "Vaqner" düşərgəsində xeyli sayda avtomobili göstərir və hətta avqustun 1-dən 9-a qədər bazaya daha çox avtomobilin gəldiyini görünür.

Hesabatda həmçinin bildirilir ki, “Vaqner" üzvlərinə yaxın mənbə avqustun 10-da Brest vilayətində muzdluların fəallığını göstərən şəkilləri dərc edib. Xüsusilə, "Vaqner"in təlimatçılarının Belarus hərbçilərinə təlim keçməkdə davam etdiyini görünür.

ISW vurğulayır ki, avqustun 8-də "Vaqner"in Belarusdan Krasnodar diyarı, Voronej və Rostov vilayətlərinə 500-600 muzdlu əsgər aparması ilə bağlı son fərziyyələri təkzib edəcək heç bir sübut tapmayıb.

Eyni zamanda İnstitut qeyd edib ki, "Vaqner" rəhbəri Yevgeni Priqojin əvvəllər olduğu kimi, bu ziddiyyətli məlumatı hələ də birbaşa və ya vasitəçilər vasitəsilə şərh etmir. Analitiklərin fikrincə, Priqojin təşkilatın gələcəyini şərh etmək üçün tam azadlığa malik deyil.

Analitiklər xatırladıblar ki, Priqojin sonuncu dəfə iyulun 30-da dərc olunmuş audioyazıda "Vaqner"in gələcəyi ilə bağlı fikir bildirib və o, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamayan muzdluların avqustun 5-dək Belarusa gələcəyini iddia edib.

Poliqon.info


Etiket: Priqojin "Vaqner"


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay