Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xuntanın içindəki Amerikapərəst general... - Viktoriya Nuland Nigerdə kiminlə danışıqlar aparıb?

Nigerdə xuntaya rəhbərlik edən generallar arasında briqada generalı Musa Salau Barmu da var...

Nigerdə baş verən çevrilişdən sonra iki həftə ərzində briqada generalı Musa Salau Barmu ABŞ və xunta arasında əsas diplomatik kanala çevrilib.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb. Qəzet qeyd edir ki, Amerika hərbçiləri Barmula 30 ilə yaxındır ki, əməkdaşlıq edib. Məhz o, ABŞ tərəfindən Vaşinqtondakı nüfuzlu Milli Müdafiə Universitetinə göndərilib.

Barmu amerikalı zabitlərə evinə şam yeməyi verib və onlarla dostluq edib. General “Əl-Qaidə” və İŞİD-ə qarşı mübarizə aparan elit qüvvələrə rəhbərlik edir. Nigerdə baş verən çevrilişdən sonra iki həftə ərzində Musa Barmu ABŞ və xunta arasında əsas diplomatik kanala çevrilib.

WSJ yazır ki, Nuland onu sövdələşməyə vasitəçilik etməyə təşviq edib. Bazar ertəsi Viktoriya Nuland və Barmu iki saat danışıq aparıblar. Danışıqlar hələ ki, nəticə verməyib.

Nəşr qeyd edir ki, qiyamçılar devrilmiş prezidentin hakimiyyətini bərpa edərlərsə, Nigerə və onun çoxdankı Qərb müttəfiqlərinə yaraqlılarla mübarizəyə qayıtmağa imkan verəcək və ölkənin Rusiya və “Vaqner qrupu” üçün başqa bir Afrika forpostuna çevrilməsinin qarşısını alacaq.

Lakin WSJ bildiri ki, ABŞ üçün Qərbi Afrikada briqada generalı Barmudan daha böyük məyusluq simvolu yoxdur. ABŞ Nigerin müdafiə qüvvələrini gücləndirmək üçün təxminən 500 milyon dollar xərcləyib. Onlar pilotsuz uçan aparat bazası qurdular və bu ölkədə 1100 hərbçi yerləşdirdilər.

“Barmu yaxşı bilir ki, çevriliş ona kritik döyüş dəstəyi bahasına başa gələ bilər. Artıq birgə təlimlər olmayacaq, Amerika “Yaşıl Beret”lərdən və ya Amerika pilotsuz təyyarələrindən daha çox taktiki məsləhətlər olmayacaq”, deyə WSJ yazır.

The Wall Street Journal qeyd edir ki. Bütün bunları başa düşən Barmu Barmu çevrilişdən bir neçə gün sonra sosial şəbəkədə belə yazıb: “Əgər bizim suverenliyimizin qiyməti budursa, qoyelə də olsun”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay